Milli komanda
De Byazi Azərbaycan millisindən ayrıla bilər
Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi postundan ayrıla bilər.
Futbolinfo.az xəbər verir ki, 65 yaşlı mütəxəssis İtaliyanın “Sampdoriya” komandasına baş məşqçi təyin oluna bilər.
Bu barədə İtaliya mətbuatı məlumat yayıb. De Byazinin “Sampdoriya” rəsmiləri ilə əlaqələrinin yaxşı olduğu və ötən mövsüm də bu komandanı çalışdırmağa yaxın olduğu bildirilib.
İtalyan jurnalist Canluka Di Marzio “instagram” hesabında paylaşım edərək, De Byazinin yaxın zamanda İtaliya komandalarından birinə baş məşqçi təyin oluna biləcəyini qeyd edib. De Byazi ilə bağlı yeniliyin tezliklə açıqlanacağı bildirilir.
De Byazi 2020-ci ilin noyabrından Azərbaycan millisini çalışdırır.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Milli komanda2024-04-22 13:46
Fişer: “AFFA-dan təklif almamışam”
- Ölkə futbolu2024-04-23 08:00
“Səbail” “Sabah”a uduzsa…