Dünya futbolu
De Yonq “Barselona”da xoşbəxtdir
Frenki de Yonq “Barselona”dan ayrılmaq istəmir. Niderland yığmasının üzvü ən azı müqaviləsi bitənə kimi İspaniya klubunda oynayacaq.
Futbolinfo.az xəbər verir ki, yarımmüdafiəçi bu barədə “RAC1”-ə açıqlamasında deyib: “Burada çox sakit və xoşbəxtəm. Hələ uzun illər “Barselona”da oynamaq istəyirəm”.
De Yonqun “Barselona” ilə mövcud müqaviləsi 2026-cı ilin yayında başa çatacaq. Onun “Ayaks”da işləyərkən baş məşqçisi olan Erik ten Haqın “Mançester Yunayted”ə gedişindən sonra Frenkinin də İngiltərəyə köçəcəyi gözlənilirdi. Amma ingilislərin israrına, hətta “Barselona”nın da futbolçunu yola salmaq cəhdlərinə baxmayaraq, de Yonq iş yerini dəyişmədi.
- Ölkə futbolu2024-04-16 13:19
AFFA-da fırtınaqabağı sakitlik: maliyyə yoxlaması davam edir
- Ölkə futbolu2024-04-17 10:49
12 komandalı çempionat: necə etməli?
- Ölkə futbolu2024-04-16 09:10
Lunyov “Qarabağ”dan ayrıla bilər
- Ölkə futbolu2024-04-17 09:23
Mirzov “Neftçi”dən ayrılır: Premyer Liqadan təklifləri var