Digər idman növləri
Dekabrın ən yaxşıları bəllidir
MBA-da dekabr ayının ən yaxşı oyunçuları bəlli olub.
“Oklahoma Siti”nin iki basketbolçusu mükafat qazanıb. Qərb konfransının ən yaxşı oyunçusu kanadalı Şey Aleksander seçilib. Onun komandasının dekabrda göstəriciləri 10 qələbə və 3 məğlubiyyət olub. Basketbolçu özü isə orta hesabla 31 xal toplayıb.
Komandanın mərkəz basketbolçusu Şet Holmqren isə gənclər arasında qalib olub. Onun orta göstəriciləri 17,4 xal, 7,7 ribaund və 3,5 blok təşkil edib. Digər konfransda gənclər arasında ən yaxşı Xayme Xekes seçilib.
Şərq konfransının ən yaxşı basketbolçusu isə Yannis Antetokumbo olub. Onun aylıq göstəricisi 32,5 xal, 11 ribaund və 6,8 asist təşkil edib.