Dünya futbolu
Delofeu erkən vida edə bilər
Xerard Delofeu karyerasını erkən başa vura bilər. 29 yaşlı ispaniyalı hücumçu ağır zədələr üzündən özünə gələ bilmir.
Futbolinfo.az xəbər verir ki, “Barselona” yetirməsi bu klubun əsas komandasında cəmi 23 matç keçirib. Daha çox icarələrdə gün keçirən oyunçu, “Sevilya”, “Milan” və “Everton”da çıxış edib. 2020-ci ildə “Udineze”yə transferindən sonra parlayan Delofeu sabit oynamağa başlamışdı. İtaliya klubunda liderə çevrilə futbolçu, növbəti zədəni aldıqdan sonra vəzyyət dəyişib.
Delofeu 2023-cü ilin yanvarında “Sampdoriya” ilə matçda zədə aldıqdan sonra uğursuz əməliyyat keçirib. Dizindəki problem həll olunmadığından, o, indi karyerasımı erkən başa vurmaq qorxusu yaşayır.