Dünya futbolu
Dembele “Barselona”da qalacaq
Osman Dembele satılmayacaq. Fransalı futbolçunun sərbəstqalma dəyəri olan 50 milyon avronu ödəyən tapılsa belə, “Barselona” sağ cinah hücumçusunu heyətdə saxlamaq niyyətindədir.
Futbolinfo.az xəbər verir ki, futbolçunu almaq istəyənlər yalnız iyul ayı ərzində sərbəstqalma maddəsini aktivləşdirə, “Barselona”nın tələblərini nəzərə almaya bilər. Bir şərtlə ki, bunu futbolçu da istəsin. Amma Dembele İspaniyada qalmaq istəyir, klubda xoşbəxt olduğunu bildirib.
Xatırladaq ki, Dembelenin “Barselona” ilə 2024-cü ilədək müqaviləsi var. 25 yaşlı oyunçu 6 il öncə Dortmund “Borussiya”sından transfer edilmişdi.