Dünya futbolu
Dembele üçün son gün
Usman Dembele bu gün karyerası ilə bağlı son qərarı verməlidir. O, “Barselona”dan ayrılıb PSJ-ə gedə bilər.
Futbolinfo.az xəbər verr ki, Fransa klubu onun üşün 50 milyon avro təklif edir. Bu oyunçununun müqaviləsində nəzərdə tutulan satınalma bəndindəki qiymətdir. Sözügedən məbləği ödəyən futbolçuya sahib ola bilər. Lakin oyunçu da bunu istəməlidir. Sərbəstqalma dəyəri üçün ödənilən vəsaitin taən yarısı fransalıya çatdığından transferin reallaşması ehtimalı var.
Lakin cinah hücumçusunun bu gün qərar verməsi lazımdır. Müqaviləyə əsasən, qeyd olunan bəndin aktivləşməsi üçün son hədd avqustun 1-dən etibarsız olacaq. Parislilər bu üzdən futbolçunun qərarını gözləyir.
Dembele təklifi qəbul etsə, “Barselona” onun boşluğunu Joao Kanselo və İvan Fresnedadan birini transfer etməklə dolduracaq. Hər yay gedişi gündəmdə olan futbolçunun vida qərarını mümkün sayan ispanlar ehtiyat variantı hazırlayıb.
2017-ci ildə Dortmund “Borussiya”sından 135 milyon avroya alınan 26 yaşlı oyunçu ilə anlaşma sonuncu dəfə ötən yay yenilənib. “Renn” yetirməsinin mövcud anlaşması qarşıdakı mövsümün sonunda bitəcək. “Barselona” özü də ərköyün futbolçunun sonradan azad agent kimi itirməmək üçün indi satmaqda maraqlıdır.
- Premyer-liqa2024-05-04 21:21
“Neftçi” “Qarabağ”a böyük hesabla uduzdu
- Ölkə futbolu2024-05-03 15:05
“Neftçi”nin transfer etmək istədiyi futbolçu Danimarkada həbsdə olub – cinsi təcavüzə görə
- Digər idman növləri2024-05-03 13:25
Tanınmış idmançılarla – öncə master-klas, sonra birgə məşq
- Ölkə futbolu2024-05-03 14:00
“Neftçi”nin riskli seçimi: lazımsız legionerlə 4 illik müqavilə bağlayırlar