Digər idman növləri
“Denver Naggets” önə keçdi
Bu gecə MBA-da final seriyasına start verilib. Qərbdə “Denver Naggets” “Los-Anceles Leykers”i qəbul edib.
Gözlənilən kimi, qarşılaşma həddindən artıq məhsuldar alınıb. Belə ki, komandalar bu mövsüm hücuma meylli bir oyun nümayiş etdirir. Denver komandası rəqibi 134:126 hesabı ilə məğlubiyyətə uğradıb. Hesab arasındakı fərqin azlığı azarkeşləri çaşdırmamalıdır. Qonaqların müqaviməti elə də ciddi olmayıb. Denverlilər ilk hissədə böyük fərq yarada biliblər.
Qələbənin əsas memarlarından biri Nikola Yokiç olub. O, növbəti dəfə tripl-dabl edib (34 xal+21 ribaund+14 assist). Camal Mürreyin aktivində 31 xal var. Qonaqların heyətində Entoni Devis fərqlənib. O, 40 xaldan başqa 10 dəfə ribaund edib. Lebron Ceyms də tripl-dabl etməyə yaxın olub. Onu bundan cəmi bir assist ayırıb.
Bu qələbəylə Denver klubu seriyada önə keçib. Növbəti oyun da onların meydançasında keçiriləcək.
MBA ilə bağlı digər bir vacib xəbər draft lotereyasının baş tutmasıdır. Çikaqoda keçirilən mərasimdə uğur San-Antonio komandasının tərəfində olub. Onlar ilk seçim hüququna sahib çıxıb. “Spörs”dən sonrakı sıralama belədir: Şarlott, Portlend, Hyuston, Detroyt, Orlando, İndiana , Vaşinqton, Yuta, Dallas, Orlando (hüquq Çikaqodan Nikola Vuçeviçə görə keçib), Oklahoma, Toronto və Nyu-Orlean.
Xatırladaq ki, bu il draftda bir nömrə ilə Viktor Vembanyamanın seçiləcəyi gözlənilir. Fransa vətəndaşı olan forvardın 19 yaşı var və boyu 224 sm-dir. Belə fiziki göstəricilərə malik basketbolçu son illərin ən istedadlı gənci kimi qiymətləndirilir. Hətta bəziləri onu Lebron Ceymsdən də güclü sayır.
- Milli komanda2024-05-03 08:00
Vay(ss) bizim halımıza?
- Ölkə futbolu2024-05-03 15:05
“Neftçi”nin transfer etmək istədiyi futbolçu Danimarkada həbsdə olub – cinsi təcavüzə görə
- Premyer-liqa2024-05-04 21:21
“Neftçi” “Qarabağ”a böyük hesabla uduzdu
- Digər idman növləri2024-05-03 13:25
Tanınmış idmançılarla – öncə master-klas, sonra birgə məşq