Dünya futbolu
Di Mariya: “Ən uyğun zamanda ən doğru qərarı verəcəm”
Anhel di Mariya karyerasını harada davam etdirəcəyini dəqiqləşdirməyib. Ötən yay PSJ-ni “Yuventus”a dəyişən argentinalı qərarını mövsüm bitəndən sonra verəcək.
Futbolinfo.az xəbər verir ki, dünya çempionu Turindən ayrılacağıyla bağlı xəbərlərə belə münasibət bildirib: “Bu komandada xoşbəxtəm. Amma yeni müqavilə ilə bağlı heç bir danışığımız olmayıb. Anlaşmam yayda bitəcək. Yeni bir klub axtarışında da deyiləm. Mövsüm bitsin, nə olacağına baxacağıq”.
Di Mariya doğma klubu Rosario Sentral“a gedəcəyi ilə bağlı deyilənlərə də aydınlıq gətirib: “Hələ belə bir variant yoxdur. Ən uyğun zamanda ən doğru qərarı verəcəm”.