Dünya futbolu
Di Mariya imzaya hazırlaşır
Anhel di Mariyanın “Benfika”ya qayıdışı rəsmiləşir. Argentinalı yarımmüdafiəçi önümüzdəki həftə müqavilə bağlayacaq.
Futbolinfo.az xəbər verir ki, PSJ-dən ayrıldıqdan sonra “Yuventus”a keçən, bu klubla da bir illik müqavilə bağlayan futbolçu Turində qalmaq istəmədi. Mövsüm bitən kimi azad agentə çevrilən futbolçu ABŞ-dan və ərəb ölkələrindən bir neçə dəvət alsa da, karyerasını Avropada davam etmək istəyirdi. Çempionlar Liqasında oynamaq istəyən futbolçunu bu arzusuna “Benfika” çatdıracaq.
Klub artıq di Mariya ilə razılıq əldə edib. Geriyə yalnız müqavilənin rəsmiləşməsi qalıb.
2007-ci ildə “Rosario Sentral”dan “Benfika”ya keçməklə Avropa karyerasına başlayan Anhel 2010-da “Real”a keçmişdi. Madriddəki 4 ilin ardınca 75 milyon avroya “Mançester Yunayted”ə yolanan futbolçu, cəmi bir il sonra PSJ-yə getmiş və burada 7 mövsüm keçirmişdi.
- Milli komanda2024-05-06 15:32
Millimizin yoldaşlıq oyununda daha bir rəqibi müəyyənləşdi
- Milli komanda2024-05-08 12:17
Millimizin gələcək baş məşqçisi Bakıya gəlir
- Digər idman növləri2024-05-06 17:45
AVF rəhbərliyi Antalyada milli üzvləri ilə görüşdü
- Milli komanda2024-05-07 14:20
Kunts – AFFA-nın, yoxsa Nəsirovun namizədi?