Dünya futbolu
“Dinamo”dan uğurlu, amma Mahirsiz start
Futbol üzrə Xorvatiya çempionatında 2022/23 mövsümünə start verilib.
Futbolinfo.az xəbər verir ki, azərbaycanlı hücumçu Mahir Emrelinin formasını geyindiyi Zaqreb “Dinamo”su da yeni mövsümdə ilk matçına çıxıb.
Sözügedən komanda Zaqreb derbisində “Lokomotiv”lə üz-üzə gəlib. “Dinamo”nun ev oyunlarını keçirdiyi “Maksimir” stadionunda baş tutan matçda 5 qol qeydə alınıb. Yekunda meydan sahibləri 3:2 hesablı qələbəyə seviniblər.
Mahir bu görüşün iştirakçısı olmayıb. Zədədən yeni qayıdan Azərbaycan millisinin hücumçusunun adı qarşılaşmanın iştirak ərizəsinə də daxil edilməyib.
- Milli komanda2024-05-03 08:00
Vay(ss) bizim halımıza?
- Ölkə futbolu2024-05-02 08:00
Bir aylıq istirahətin şərəfinə… Balaşın ariyası
- Müsahibə2024-05-02 15:51
Dodo “Qəbələ”yə kömək etmək istəyir: I Liqada da oynamağa hazırdır
- Ölkə futbolu2024-05-03 15:05
“Neftçi”nin transfer etmək istədiyi futbolçu Danimarkada həbsdə olub – cinsi təcavüzə görə