I Liqa
Divizion matçında ara qarışdı – VİDEO
Azərbaycan birinci divizionunda keçirilən MOİK – “Sabah-2” oyununda dava düşüb.
Futbolinfo.az xəbər verir ki, matçın 65-ci dəqiqəsində ara qarışıb.
Belə ki, “Sabah”ın futbolçusu Mixeil Erqemlidze MOİK-in futbolçusu Rüstəm Rüstəmovu vurub.
Nəticədə qarşılaşmanın hakimi Rəvan Həmzəzadə Mixeil Erqemlidzeyə qırmızı vərəqə göstərib.
Lakin ara bununla sakitləşməyib. “Sabah”ın məşqçiləri hakimin qərarına etiraz ediblər və meydançaya daxil olmağa cəhd göstəriblər.
Referi məşqçilər heyətini də vərəqə ilə cəzalandırıb.