Dünya futbolu
Dmitri Nazarov dubla imza atdı
Almaniyanın “Ersgebirge” komandası yeni mövsümə hazırlıq çərçivəsində növbəti yoxlama matçına çıxıb.
Futbolinfo.az xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Dmitri Nazarovun formasını geyindiyi Almaniya 3-cü liqa təmsilçisi Regional Liqada mübarizə aparan “Moyzelvits”lə qarşılaşıb.
Beş qolun qeydə alındığı oyun Aue klubunun 3:2 hesablı qələbəsi ilə başa çatıb. Nazarov start heyətdə meydana çıxıb və 60-cı dəqiqədə əvəzlənib. O, sözügedən görüşdə dubla imza atıb. Millimizin üzvü 5-ci dəqiqədə matçdakı ilk qolun müəllifinə çevrilibsə, 35-ci dəqiqədə penaltini dəqiq yerinə yetirməklə hesabı 3:1 edib.
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı