Dünya futbolu
Dmitri Nazarov üçün yeni baş məşqçi
Almaniyanın “Ersgebirge” komandasına yeni baş məşqçi təyin olunub.
Futbolinfo.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Dmitri Nazarovun da formasını geyindiyi bu komandanı bundan sonra Mark Hensel çalışdıracaq.
Bu barədə Aue təmsilçisinin rəsmi saytı məlumat yayıb. 35 yaşlı mütəxəssis ötən gün istefaya göndərilən belaruslu Aleksey Şpilevskini əvəzləyib. Lakin onun bu postda müvəqqəti təyin olunduğu vurğulanıb.
“Ersgebirge” cari mövsümdə Almaniya ikinci Bundesliqasında 7 oyuna 3 xal toplayıb və sonuncu – 18-ci pillədə qərarlaşıb.
- Milli komanda2024-05-03 08:00
Vay(ss) bizim halımıza?
- Ölkə futbolu2024-05-02 08:00
Bir aylıq istirahətin şərəfinə… Balaşın ariyası
- Müsahibə2024-05-02 15:51
Dodo “Qəbələ”yə kömək etmək istəyir: I Liqada da oynamağa hazırdır
- Ölkə futbolu2024-05-03 15:05
“Neftçi”nin transfer etmək istədiyi futbolçu Danimarkada həbsdə olub – cinsi təcavüzə görə