Dünya futbolu
Droqba prezidentliyə namizəd oldu
Afrika futbolunun canlı əfsanəsi Didye Droqba federasiya prezidenti olmağa qərar verib.
Futbolinfo.az xəbər verir ki, unudulmaz hücumçu Fil Dişi Sahili Futbol Federasiyasının prezidenti olmaq üçün namizədliyini irəli sürüb.
O, seçkilərdə İdris Diallo ilə mübarizə aparacaq. Maraqlıdı ki, Droqbanın ölkəsində çoxlu tərəfdarı olsa da, bu seçkilərdə favorit göstərilmir. FİFA-da da çalışan Diallo federasiya prezidenti olmağa daha şanslı hesab olunur.
“Genqam”, “Olimpik” (Marsel), “Çelsi” və “Qalatasaray” kimi klublarda forma geyinmiş Droqba, iki dəfə Afrikada ilin futbolçusu seçilib, bir dəfə UEFA Çempionlar Liqasının, dörd dəfə İngiltərə Premyer Liqasının, bir dəfə Türkiyə Super Liqasının qalibi olub.
- Ölkə futbolu2024-04-13 08:35
Leandro Azərbaycan dilini öyrənib: “Qarabağ”da yaşadıqlarım mənim üçün gözəl hekayədir”
- Premyer-liqa2024-04-13 20:52
“Neftçi” “Araz-Naxçıvan”ı darmadağınla yola saldı
- Milli komanda2024-04-12 18:00
Millinin Gürcüstanla oyunlar üçün heyəti açıqlandı
- Ölkə futbolu2024-04-14 08:00
“Turan Tovuz” avrokubok mübarizəsinə qayıtdı