Dünya futbolu
Dumfris satıla bilər
Denzel Dumfrislə bağlı transfer xəbərləri yenidən gündəmi zəbt edib. Niderland millisinin üzvü bir çox klubun hədəfindədir.
Futbolinfo.az xəbər verir ki, “İnter”də əsas heyətin daimi üzvü kimi güvənilməyən sağ cinah müdafiəçisi İtaliyadan ayrılmaq istəyir. Onunla “Çelsi”, “Mançester Yunayted” və “Bayern” maraqlanır.
Futbolçu özü İngiltərəyə köçməyi arzulasa da, almanlar transfer üçün digərlərindən daha fəal görünür. “İnter” oyunçunu yaya kimi saxlayıb sonra satmaq istəyir. Amma 26 yaşlı oyunçu özünə qarşı inamsızlıqdan narazıdır və elə bu yanvarda buraxılmasını tələb edir. 2,5 illik müqaviləsi qalan Dumfris üçün yaxşı təklif olsa, milanlılar dəyərləndirəcək.
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-25 17:10
Klublar çətin vəziyyətdə: AFFA yardımları dondurub
- Ölkə futbolu2024-04-26 08:00
Juninyo – Avropanın ən yaxşı braziliyalısı