Digər idman növləri
Dünya çempionatı gələn il Filippində keçiriləcək
Voleybol üzrə kişilər arasında 2025-ci il dünya çempionatı Filippində təşkil ediləcək. Bu barədə Beynəlxalq Voleybol Federasiyası məlumat yayb. Yarışlar sentyabrın 12-dən 28-dək keçiriləcək. İlk dəfə olaraq turnirdə 32 komanda mübarizə aparacaq.
“Belə bir mötəbər tədbir nəinki yeni nəsli voleybolla məşğul olmağa sövq edəcək, həmçinin Filippinin idmanın bütün sahələrində daha geniş şəkildə təmsil olunmasına şərait yaradacaq. Əminik ki, ölkə, bizim də innovativ köməkliyimiz sayəsində çempionatı yüksək səviyyədə təşkil edəcək. Bu çempionat, voleybolun daha da inkişaf etməsinə yardım edəcək”, – deyə FİVB-nın prezidenti Ari Qrasa bildirib.
Xatırladaq ki, kişi voleybolçular arasında son dünya çempionatının qalibi İtaliya milli komandasıdır.
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı
- Digər idman növləri2024-04-12 00:29
“Anadolu Efes” növbəti mərhələdə
- Premyer-liqa2024-04-12 20:56
“Sumqayıt”la “Zirə”dən heç-heçə
- Ölkə futbolu2024-04-13 08:35
Leandro Azərbaycan dilini öyrənib: “Qarabağ”da yaşadıqlarım mənim üçün gözəl hekayədir”