Digər idman növləri
Dünya çempionatı təhlükə ilə üzləşdi
Beynəlxalq Biatlon İttifaqı (IBU) Dünya çempionatına ev sahibliyi edəcək Çexiyanın Nove-Mesto-na-Morave şəhərindəki “Vısočina” arenasının trassının bağlandığını elan edib. Bu barədə, ABC Nyheter xəbər verib.
Mənbənin sözlərinə görə, marşrut iki gündür ki, bağlıdır. Biatlonçuların trasda məşq etmələri qadağandır. Səbəbi üsə dünən şəhərə güclü yağışın yağmasıdır. Qar örtüyünün vəziyyəti acınacaqlı kimi qiymətləndirilir. Külək nəticəsində stadionun arenasına da ziyan dəyib.
Gün ərzində temperaturun 10 dərəcəyə çatması təşkilatçıların yarışa hazırlaşmasını çətinləşdirir. Qar örtüyü qara rəngə boyanıb.
Xatırladaq ki, biatlon üzrə dünya çempionatı fevralın 7-dən 18-dək keçiriləcək. Turnirin qarışıq estafetlə açılması planlaşdırılır. Yağışın həftənin sonuna kimi dayanacağı gözlənilir, lakin tempraturun müsbət olması vəziyyəti çətinləşdirir.
- Ölkə futbolu2024-04-16 13:19
AFFA-da fırtınaqabağı sakitlik: maliyyə yoxlaması davam edir
- Ölkə futbolu2024-04-17 10:49
12 komandalı çempionat: necə etməli?
- Ölkə futbolu2024-04-16 09:10
Lunyov “Qarabağ”dan ayrıla bilər
- Ölkə futbolu2024-04-17 09:23
Mirzov “Neftçi”dən ayrılır: Premyer Liqadan təklifləri var