Digər idman növləri
Dünya çempionu Halandla şəklini paylaşdı
Bir neçə gün əvvəl Otto Vallinlə qarşılaşmada texniki nokautla qələbə qazanaraq dünya çempionu olan Entoni Coşua sosial şəbəkə hesabında maraqlı şəkil paylaşıb. Xatırladaq ki, ağır çəkidə peşəkar döyüş gecəsi Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda baş tutmuşdu.
Şəkildə Entoni Coşuanın Erlinq Halandla görüşdüyü aydın olur. Fotoda “Mançester Siti”nin forvardından başqa daha bir şəxs var. Şəklin harada çəkildiyi ilə bağlı hər hansı məlumat verilmir. Böyük ehtimalla Haland Coşua ilə, “Mançester Siti”nin klublararası dünya çempionatı turnesi zamanı görüşüb.