Digər idman növləri
Dünya Qadın Seriyası: “Neftçi”nin final mərhələsindəki oyunlarının vaxtı bilindi
Monqolustanın paytaxtı Ulan-Batorda keçiriləcək 3×3 basketbolu üzrə Dünya Qadın Seriyasının final mərhələsində iştirak edəcək “Neftçi”nin oyunlarının təqvimi müəyyənləşib.
Futbolinfo.az xəbər verir ki, Azərbaycan təmsilçisi B qrupunda Çin, ABŞ milliləri və “Yuanda” (Çin) klubu ilə üz-üzə gələcək.
Hər üç rəqiblə oyun sentyabrın 16-da baş tutacaq. “Neftçi” Bakı vaxtı ilə saat 12:15-də ABŞ, 14:05-də Çin milliləri, 15:05-də isə “Yuanda” ilə qarşılaşacaq.
Qeyd edək ki, 8 komandanın iştirakı ilə 16-17 sentyabrda təşkil olunacaq Dünya Qadın Seriyasının final mərhələsində qruplarda ilk pilləni tutanlar yarımfinala, ikinci və üçüncü yerlərin sahibləri isə “play-in” mərhələsinə vəsiqə qazanacaqlar.
- Ölkə futbolu2024-04-30 09:15
“Qarabağ” Avropada 2-ci yeri bölüşdürür
- Ölkə futbolu2024-04-29 08:00
Avrokuboka vəsiqə üçün vacib qələbələr: Sumqayıtda hakimlər də iş başında idi
- Ölkə futbolu2024-04-29 09:25
“Nitsa” Benzianı istəyir
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib