Digər idman növləri
Dünya reytinqinin bir nömrəsi elçi oldu
“Böyük dəbilqə” seriyalı turnirlərin dördqat qalibi İqa Svyontek Danimarkanın “Lego Group” şirkəti ilə müqavilə imzalayıb.
“Bu gündən etibarən mən “Lego”nun Polşada eksklüziv elçisiyəm. Əminəm ki, yarışlara hazırlaşarkən “Lego”nu düzəltməkdən psixoloji məmnunluq almaqda davam edəcəyəm”, – deyə Svyontek sosial şəbəkə hesabında qeyd edib.
Xatırladaq ki, keçən il polşalı tennisçi 6 titul qazanmışdı. Bu titullardan da biri “Rolan Qarros” turnirində əldə edilmişdi. Həmçinin, İqa tennisçilərin yekun turnirinin də qalibi olmuşdu.