Digər idman növləri
Dürant liqa tarixində 9-cu pilləyə yüksəldi
Kevin Dürant MBA tarixinin snayperləri arasında mövqeyini yüksəldib.
“Finiks Sans” komandasının ulduz forvardı 9-cu pilləyə qalxıb. O, Karmelo Entonini ötməyi bacarıb. Karmelo karyerası əzrində 28 289 xal toplayıb.
Hadisə “Hyuston Rokets”lə oyunda baş verib.
Hazırda MBA tarixinin ən çox xal toplayan basketbolçuları siyahısında 8-ci pillədə Şakil O`Nildir. Əfsanəvi mərkəz basketbolçusu karyerası ərzində 28 596 xal toplayıb. Bu templə Dürant onu cari mövsümdə qabaqlaya bilər.