Digər idman növləri
Əfsanənin hüzurunda
“Qolden Steyt Vorriors” komandasının heyətində MBA çempionu olan Kley Tompson əfsanəvi filippinli boksçu Menni Pakyao ilə görüşüb. Şəkilləri ulduz basketbolçunun sosial şəbəkə hesablarında görmək olar.
Futbolinfo.az xəbər verir ki, 8 dəfə dünya çempionu olan Menni Pakyao 2021-ci ildə karyerasını bitirib. O, son görüşündə kubalı Yordenis Uqasa məğlub olmuşdu. Karyerası ərzində Pakyao 62 görüşdə qələbə qazanıb və yalnız 8 döyüşdə rinqi məğlubiyyətlə tərk edib.
Ötən ilin dekabr ayında Pakyao Cənubi Koreyadan olan bloger Di Key Yo ilə rinqə çıxmış və hakimlərin qərarı ilə qələbə qazanmışdı.
Xatırladaq ki, basketbol üzrə dünya çempionatı hazırda Filippində davam edir. Məhz buna görə də dünya basketbol ulduzları bu ölkəyə toplaşıb.
- Ölkə futbolu2024-04-30 09:15
“Qarabağ” Avropada 2-ci yeri bölüşdürür
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib
- Premyer-liqa2024-04-30 09:30
“Yalnız birlikdə olaraq uğurlar qazana bilərik” – Ozobiç
- Ölkə futbolu2024-04-30 10:29
“Qarabağ” üçün daha bir potensial rəqib