Digər idman növləri
Əfsanənin oğlu 2 illik müqavilə imzalayır
Azad agent olan Skotti Pippen “Memfis Qrizliz”lə müqavilə imzalayacaq. Tərəflər iki illik sözləşməyə imza atmağa razı olublar.
23 yaşlı oyun qurucusu “Çikaqo Bulls”un əfsanəsi, Maykl Cordanın komanda yoldaşı Skotti Pippenin oğludur. O, bu mövsüm “Los-Anceles Leykers”in farm-klubunda G liqada çıxış edir. Müdafiəçinin orta göstəriciləri bir oyun üçün 20 xal və 5,9 asistə bərabərdir.
Əlavə edək ki, Memfis komandası hazırda oyunçu baxımından qıtlıq içindədir. Uzun müddətli diskvalifikasiyadan sonra heyətə dönən Ca Morant zədələnərək komandadan kənarda qalıb. “Qrizliz”in lideri üçün mövsüm başa çatdığından komanda yeni pleymeyker axtarışına çıxıb.
- Müsahibə2024-04-18 08:00
Rezabala avrokuboka vəsiqə istəyir: “Səhv etməyə ixtiyarımız yoxdur”
- Digər idman növləri2024-04-18 17:00
Şahmat Federasiyası yeni loqonun hazırlanması ilə bağlı müsabiqə elan etdi
- Ölkə futbolu2024-04-18 09:45
Mirzov “Neftçi” ilə yeni müqavilə imzalamayacaq
- Digər idman növləri2024-04-17 21:46
“Neftçi” finalda “Xəzri”yə rəqib oldu