Dünya futbolu
Ehtiyatda qalan məşhur futbolçu matç zamanı siqaret çəkdi – FOTO
Futbol üzrə Belçika yığmasının və İtaliyanın “Roma” klubunun sabiq yarımmüdafiəçisi Radja Nainqqolan növbəti dəfə xoşagəlməz davranışı ilə gündəm olub.
Futbolinfo.az xəbər verir ki, hazırda “Antverpen”də çıxış edən belçikalı futbolçu “Standard”la çempionat matçından (0:3) əvvəl ehtiyat oyunçular oturacağında “işıq saçıb”.
Meydançanın kənarında siqaret çəkən Nainqqolan kamera obyektivlərinə tuş gəlib. Onun siqaretlə fotosu sosial şəbəkədə rezonans doğurub.
“Antverpen” rəhbərliyi Nainqqolanın davranışından narazı qalıb. Bu hadisədən sonra futbolçu əsas komandadan uzaqlaşdırılıb. İndi o, “Antverpen”in əvəzecidi heyətində məşq edir.
Oktyabrın əvvəlində Belçika mətbuatında Nainqqolanın vaxtı keçmiş sürücülük vəsiqəsi ilə sərxoş vəziyyətdə avtomobil idarə etdiyinə görə həbs edildiyi barədə məlumat yayılmışdı. Futbolçu zaminə buraxılıb.
- Ölkə futbolu2024-04-30 09:15
“Qarabağ” Avropada 2-ci yeri bölüşdürür
- Ölkə futbolu2024-04-29 08:00
Avrokuboka vəsiqə üçün vacib qələbələr: Sumqayıtda hakimlər də iş başında idi
- Ölkə futbolu2024-04-29 09:25
“Nitsa” Benzianı istəyir
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib