Ölkə futbolu
Əli Gökdəmir: “Qarabağ” rahat udulacaq komanda deyil”
“Məncə, “Bayer” “Qarabağ”a çox qol vura bilməyəcək. Fikrimcə, Bakıdakı matç heç-heçə bitə bilər”. Bunu futbolinfo.az-a açıqlamasında Azərbaycan yığmasının sabiq oyunçusu Əli Gökdəmir deyib.
Hazırda Almaniyada yaşayan futbolçu Avropa Liqasının 1/8 finalında keçiriləcək “Qarabağ” – “Bayer” (Leverkuzen) matçından danışıb: “Qarabağ” yaxşı komandadır. Özlərinə güvənsələr, yaxşı azarkeş dəstəyi olsa, heç-heçəni əldə etmək olar. Futbolda hər şey mümkündür. Mənə görə “Qarabağ” rahat udulacaq komanda deyil”.
Gökdərmir bildirib ki, bu matçlar qrupdakından fərqli keçəcək: “100 faiz başqa oyunlar olacaq. Tamamilə fərqlənəcək. “Qarabağ” Azərbaycanı Avropada çox yaxşı təmsil edir, komandanı dünyaya tanıdır. Rəqibin heyətində itkilər var, amma bunun əhəmiyyəti yoxdur. Sadəcə, Qurban Qurbanov komandasını öz stilində oynatmalıdır”.
- Premyer-liqa2024-04-14 20:55
“Qarabağ” “Sabah”a uduzdu
- Ölkə futbolu2024-04-13 08:35
Leandro Azərbaycan dilini öyrənib: “Qarabağ”da yaşadıqlarım mənim üçün gözəl hekayədir”
- Premyer-liqa2024-04-13 20:52
“Neftçi” “Araz-Naxçıvan”ı darmadağınla yola saldı
- Ölkə futbolu2024-04-14 08:00
“Turan Tovuz” avrokubok mübarizəsinə qayıtdı