Milli komanda
Elşad Nəsirovun İtaliya sevgisi
AFFA-nın vitse-prezidenti Elşad Nəsirov millinin baş məşqçisi postunda kimləri görmək istədiyini açıqlayıb. O, bu barədə federasiya rəhbərliyinin toplantısında öz fikrini bildirib.
AFFA-nın yığma komandalar üzrə məsul şəxsi Nikola Yurçeviçdən sonra həmin vəzifəyə yerli mütəxəssisin gətirilməsinin əleyhinə çıxıb. Nəsirov heç bir azərbaycanlı çalışdırıcının bu yükü qaldırmaq iqtidarında olmadığını deyib. Onun fikrincə, ölkənin bir nömrəli komandası italiyalı məşqçiyə tapşırılmalıdır (sportinfo.az).
Vitse-prezident nədən bu cür düşünür? Elşad bəyin bildirdiyinə görə, apenninli mütəxəssislər dünya miqyasında tanınır və oynatdıqları praqmatik futbolla müsbət nəticə qazanmağı bacarırlar. Hazırda AFFA-nın siyahısında bir neçə italiyalı namizəd var. Onlardan ən məşhurları Canni de Byazi və Luici de Byacodur.