Bizi izləyin

Ölkə futbolu

“Elxan Məmmədov futboldan uzaqlaşdırılmalıdır”

blank

Fəaliyyətini dayandırmış “Şərurspor”un prezidenti Sərdar Bağırov Sportinfo.az-ın suallarını cavablandırıb.

Futbolinfo.az həmin müsahibəni təqdim edir:

  • Sabah AFFA-nın Hesabat-Seçki Konfransı keçiriləcək. Sizin bu konfransdan gözləntiləriniz nədir?
  • Heç nə, formal bir konfrans olacaq. Bir nəfər danışacaq, qalanları da əl çalacaq.
  • Çox güman ki, sabah federasiyada yeni təsis edilən icraçı vitse-prezident postunu baş katib Elxan Məmmədov tutacaq. Necə fikirləşirsiz, Məmmədov futbolda bu qədər irəli çəkilməyə layiqdir?
  • Elxan Məmmədovun icraçı vitse-prezident olacağını dəqiq bilmirik. Əgər o olacaqsa, təbii ki, layiq deyil. Elxan Məmmədov ümumiyyətlə Azərbaycan futbolundan getməlidir. Başqa heç nə danışmağa ehtiyac da yoxdur. Qısa və konkret – Elxan Məmmədov futboldan uzaqlaşdırılmalıdır. Onunla yanaşı, bütün AFFA rəhbərliyi tutduğu vəzifədən istefa verməli, struktur tamamilə yenidən qurulmalıdır. Federasiyaya işləyən adamlar, Azərbaycanın veteran futbolçuları dəvət olunmalıdır. 3-4 alternativ namizədlər olmalı, normal seçki keçirilməli və AFFA-nın tərkibi büsbütün yenidən seçilməlidir. Bir nəfəri alternativsiz səsə qoyub seçmək formal xarakter daşıyır.
  • Baş katibin Azərbaycan futbolunda bu qədər uğursuz olmasına baxmayaraq, gündən-günə iddiasını artırmasını, irəli çəkilməyə can atması nədən irəli gəlir – acgözlüyündən, yoxsa dayaqlarının güclü olmasından?
  • Bilmirəm, onun dayaqları kimdir-nələrdir. Yəqin ki, burada əsas rolu tamah oynayır. Ümumiyyətlə, orada oturan adamların heç birinin futbola aidiyyatı yoxdur.
  • Hələ bir neçə il əvvəl müsahibənizdə demişdiz ki, Azərbaycan futbolundakı “qumarı”ın başında bunlar dayanır.
  • Bəli. Düzdür, o şəxslərin adlarını indi çəksəm, faktiki əlimdə sübut yoxdur. Çünki bu işlərini o qədər gizli aparılar ki, isbata yetirmək çətindir. Ancaq məlumdur ki, bu gün oyun alqı-satqılarını idarə edənlər konkret olaraq AFFA rəhbərliyində yer alan şəxslərdir. Mətbəxdə bişirilən yeməyə aşbazdan xəbərsiz mal ətinin əvəzinə eşşək əti vurmaq olar? Futbol da bir “mətbəx” sayılır, başında dayanan özləridir. Onlardan xəbərsiz heç kim bir iş görə bilməz.
  • AFFA yaxınlarda 41 futbol adamını bu sahədən uzaqlaşdırdı. Maraqlıdır ki, bu qədər adam futboldan qovulsa da, klublarla bağlı konkret bir cəza tədbiri görülməyib. Amma beçə il əvvəl oyun altı-satqısında “Şərurspor”un adı çıxdı, klub dağıldı…
  • O vaxt “Şərurspor”un adını qəsdən hallandırdılar. Ancaq komandanın bir futbolçusunun belə, adı oyun alqı-satqısında şübhəli bilinənlərin siyahısında yer almamışdı. Klubumuzun adını “qara siyahı”ya salmaqda da məqsədləri bizi özlərinə yaxın buraxmaq istəməmələrindən irəli gəlirdi. AFFA necə ki, Hafiz Məmmədov, Mübariz Mənsimov və digər iş adamlarını sıxışdırıb futboldan uzaqlaşdırdı, eləcə də məni. Hərəni bir yolla şərləyib kənarlaşdırdılar. Məsələnin digər tərəfi də var: indi mən müsahibəni tək sizə verirəm, ancaq mətbuatın 90 faizi onlara işləyir. Əlbəttə ki, mətbuat da onların sözünü, dediklərini yazacaq. Məqsədləri məni həbs etdirmək idi. AFFA rəhbərliyi bunun üçün reklam bazarı ən baha olan ATV telekanalında mənim həbs olunmağıma dair xəbər də hazırlatdırmışdı. O xəbəri ATV telekanalına kim ötürmüşdü? Əlbəttə ki, bunlar özləri. Konkret olaraq deyə bilmərəm ki, Elxan Məmmədov idi, amma əminəm, mənim həbsdə qalmağım üçün federasiya rəhbərliyindən cəhd edənlər olmuşdu.
  • Sonu necə oldu?
  • Haqq-ədalət yerini tapdı. Qanunların işlədiyi güclü dövlətimiz var. Hər şey araşdırıldı. ATV-də göstərmişdilər ki, guya, mənim Bakıda restoranlarım, şadlıq evlərim var və vergidən yayınmışam. Mən də demişdim ki, əgər mənim belə mülklərim varsa, hamısını onlara hədiyyə edirəm, gedib götürsünlər.
  • Bakıda biznesiniz yoxdur?
  • Xeyr, heç bir biznesim yoxdur.
  • Niyə onda məhz vergi məsələsini ortaya atmışdılar?
  • Ləkələmək üçün.

Reklam
Şərh et

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Reklam


blank
Əvəzedicilər2024-05-19 21:07

“Zirə”nin əvəzedicilərindən Gəncədə inamlı qələbə

blank
Ölkə futbolu2024-05-19 20:44

Kapitana 250 nömrəli forma təqdim olundu

blank
Premyer-liqa2024-05-19 20:00

“Araz-Naxçıvan” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Ölkə futbolu2024-05-19 19:21

“Sabah”ın U-14 komandası Türkiyədə çempion oldu

blank
Premyer-liqa2024-05-19 19:00

“Daha çox qol vura bilərdik” – Sxadadze

blank
Premyer-liqa2024-05-19 18:28

“Ən zəif oyunlarımızdan biri idi” – Elmar Baxşıyev

blank
Premyer-liqa2024-05-19 17:57

“Qəbələ” “Araz-Naxçıvan”a da qalib gəldi

blank
Digər idman növləri2024-05-19 17:39

Azərbaycan cüdoçularından DÇ-yə uğursuz start

blank
Digər idman növləri2024-05-19 17:20

“Gəncə”də yeni voleybolçu

blank
Dünya futbolu2024-05-19 17:00

“Yuventus”un müvəqqəti baş məşqçisi bəlli olub

blank
Əvəzedicilər2024-05-19 16:42

Əvəzedicilərin yarışında 35-ci turun təyinatları açıqlandı

blank
Dünya futbolu2024-05-19 16:25

Teves baş məşqçisi olduğu klubdan ayrıldı

blank
Digər idman növləri2024-05-19 16:06

“İlk qarşılaşmadan sonrakı yorğunluq sözünü dedi”

blank
Digər idman növləri2024-05-19 15:49

Universitet tələbələri yarışdı

blank
Digər idman növləri2024-05-19 15:30

Sinner məşqlərə başladı

blank
Digər idman növləri2024-05-19 15:12

“Dream-team”in məşq yeri məlum oldu

blank
Digər idman növləri2024-05-19 14:55

Barselona 2025-ci ildə Avroliqanın mərkəzi ola bilər

blank
Digər idman növləri2024-05-19 14:37

“Maklaren” sürücüsü cərimələndi

blank
Ölkə futbolu2024-05-19 14:20

“Sabah”ın U-15 komandası Antalyada 4-cü oldu

blank
Digər idman növləri2024-05-19 14:05

Usik Holifildin rekordunu təkrarladı

blank
Digər idman növləri2024-05-19 13:51

Şvyontek 10-cu “Masters”ini qazandı

blank
Digər idman növləri2024-05-19 13:36

Azərbaycan kikboksçusu 11-ci dəfə Dünya Kubokunun qalibi oldu

blank
Digər idman növləri2024-05-19 13:28

MBA-da daha bir yarımfinalçı məlum oldu

blank
Digər idman növləri2024-05-19 13:16

Azərbaycan cüdoçularından Avropa Kubokunda 2 medal

blank
Digər idman növləri2024-05-19 12:54

Voleybol məşqçiləri üçün seminar keçirilib

blank
Digər idman növləri2024-05-19 12:35

Cüdoçularımız dünya çempionatında mübarizəyə başlayır

blank
Digər idman növləri2024-05-19 12:17

Bu gün final seriyasının ikinci oyunu keçiriləcək

blank
Digər idman növləri2024-05-19 11:56

Millimiz növbəti sınağına çıxır

blank
Dünya futbolu2024-05-19 11:49

Krivotsyukun komandası evdə xalsız qaldı

blank
Dünya futbolu2024-05-19 10:59

38-ci dəfə çempion oldular

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm