Dünya futbolu
Emerinin daha bir tələbi
Unay Emeri köhnə tanışları “Aston Villa”ya cəlb etməkdə davam edir. İngiltərə klubunun baş məşqçisi daha bir sabiq yetirməsinin transferində israrlıdır.
Futbolinfo.az xəbər verir ki, təcrübəli mütəxəssisin budəfəki hədəfi Covanni Lo Çelsodur. “Tottenhem”ə məxsus olan oyunçu İngiltərədə klubunu dəyişməyə hazırdır. Lakin o, öncə London klubuna yeni baş məşqçi təyinatını gözləyir. Yeni çalışdırıcı ona heyətdə yer verməsə, futbolçu ya hazırda icarədə olduğu “Vilyarreal”da qalacaq, ya da “Aston Villa”ya yollanacaq.
Lo Çelso Emeri ilə məhz “Vilyarreal”da birlikdə işləyib. Mütəxəssis 27 yaşlı yarımmüdafiəçinin transferini israrla tələb edir.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”