Ölkə futbolu
Emil Balayev Norveç klubunda məşqlərə başladı
Azərbaycan millisinin futbolçusu Emil Balayev Norveçin “Bude-Qlimt” klubunda baxışdadı.
Futbolinfo.az “eurosport.no” saytına istinadən xəbər verir ki, bu barədə klubun qapıçılar üzrə məşqçisi Yonas Ueland Kolstad “Avisa Nordland” nəşrinə açıqlama verib. 44 yaşlı mütəxəssis, Balayev haqda fikirlərini bildirib:
“Emil Balayev Avropa çempionatının seçmə mərhələsi də daxil olmaqla, Azərbaycan millisinin beynəlxalq oyunlarında iştirak edib. Biz bir müddətdir ki, onu izləyirik və məşqdə yaxından görmək üçün buraya gətirdik.
Emil haqqında həyəcanverici bir şey var. Daha əvvəl və məşq zamanı gördüklərimizi, həmçinin bu gün komandadaxili matçda gördüklərimizi nəzərdə keçirəcəyik. Sonra isə nə olacağını görəcəyik”.
Bir müddət əvvəl “Tobol”la yollarını ayıran Emil, hazırda azad agent statusu daşıyır.