Ölkə futbolu
Emin Mahmudov “Zenit”ə rəqib görmür
“Neftçi”nin kapitanı Emin Mahmudov Rusiyanın “Matc TV” kanalına açıqlama verib. Futbolinfo.az saytı xəbər verir ki, 31 yaşlı futbolçu Rusiya çempionatında gedən rəqabətdən bəhs edib.
Yarımmüdafiəçinin fikrincə, hazırda ölkədə “Zenit”ə rəqib yoxdur: “Zenit” hazırda Rusiya Premyer Liqasında rəqabətdən kənarda qalıb. Hələlik vəziyyət belədir. “Zenit”in Çempionlar Liqası səviyyəsində komanda olduğunu deyə bilərikmi? Onların güclü futbolçulardan ibarət yaxşı kollektivi var. Düşünürəm ki, Avropa yarışına qayıdanda bunu sübut edə biləcəklər”.
Millimizin kapitanı Rusiya ilə Azərbaycan çempionatlarını da müqayisə edib. Mahmudov Azərbaycan Premyer Liqasının getdikcə inkişaf etdiyini vurğulayıb: “Əvvəllər Rusiya çempionatı Azərbaycan liqasını xeyli üstələyirdi. Amma indi çempionatımız gərginləşir. Rusiya çempionatı komandalarının səviyyəsinə və yaxşı infrastrukturuna görə cəlbedici olaraq qalır. Azərbaycanda isə hər şey ildən-ilə futbolun səviyyəsinin daha da yüksəlməsinə doğru gedir”.
Qeyd edək ki, Emin Mahmudov iyulun əvvəllərində “Neftçi” ilə yeni 2+1 illik müqavilə imzalayıb. Moskva “Spartak”ının sabiq oyunçusu 2017-ci ildən “ağ-qaralar”ın formasını geyinir.
- Premyer-liqa2024-05-04 21:21
“Neftçi” “Qarabağ”a böyük hesabla uduzdu
- Milli komanda2024-05-04 15:39
Millimiz UEFA İnkişaf Turnirində ikinci oyununda da uduzdu
- Premyer-liqa2024-05-04 18:59
Samir Abasov: “Bu, “Qarabağ”la matçdakı yorğunluqdan irəli gələ bilər” – VİDEO
- Ölkə futbolu2024-05-04 10:19
“Araz-Naxçıvan”ın baş məşqçisi: “Rəqib tapmaq çətinləşir”