Ölkə futbolu
Emrelinin keçmiş komandasına transfer qadağası
FİFA “Konyaspor”u cəzalandırıb. Buna Super Liqa təmsilçisinin bəzi futbolçulara borcunun olması səbəb olub.
Buna görə klub 3 transfer dönəmində heyətinə yeni oyunçu cəlb edə bilməyəcək. “Konyaspor” futbolçuların ödənişlərini etməsə, cəza qüvvəyə minəcək və klub 2024/2025 yay və qış, eyni zamanda 2025/2026 yay transfer dönəmində heyətinə futbolçu qata bilməyəcək.
“Konyaspor”un mətbuat xidmətinin rəhbəi Yunus Derebağ bildirib ki, qısa zamanda oyunçuların borcları ödəniləcək və transfer qadağası aradan qaldırılacaq.
Xatırladaq ki, ötən mövsümün ikinci yarısında millimizin üzvü Mahir Emreli “Konyaspor”da icarədə olub. O, Türkiyədə qalmaq istəsə də, sözügedən komanda hücumçumuzu Zaqreb “Dinamo”sundan birdəfəlik ala bilməmişdi.
- Premyer-liqa2024-04-14 20:55
“Qarabağ” “Sabah”a uduzdu
- Ölkə futbolu2024-04-13 08:35
Leandro Azərbaycan dilini öyrənib: “Qarabağ”da yaşadıqlarım mənim üçün gözəl hekayədir”
- Premyer-liqa2024-04-13 20:52
“Neftçi” “Araz-Naxçıvan”ı darmadağınla yola saldı
- Ölkə futbolu2024-04-14 08:00
“Turan Tovuz” avrokubok mübarizəsinə qayıtdı