Bizi izləyin

Digər idman növləri

Ən çox tərəqqi edənlər

blank
blank

Milli Basketbol Assosiasiyası hər il müntəzəm mövsüm bitdikdən sonra fərdi mükafatlar təqdim edir. Onlardan biri də ən çox tərəqqi edən basketbolçu mükafatıdır.

Vaxtilə bu mükafata Ja Morant, Yannis Antetokumbo, Cimmi Batler, Pol Corc və bir çox başqaları layiq görülüb. Bu ilin nəticələrinə əsasən mükafata ən yaxın olan beş nəfəri sizə təqdim edirik.

5. Kobi Vayt (Çikaqo)

blank

2022/2023 mövsümünün statistikası: 9,7 xal, 2,9 ribaund, 2,8 asist.

2023/2024 mövsümünün statistikası: 17,6 xal, 4,1 ribaund, 4,9 asist.

“Çikaqo”nun müdafiəçisi MBA-da beşinci mövsümünü keçirir.  Bu mövsüm Vaytın rolu bir qədər dəyişib, buna görə də o, daha çox meydançada olur. Buna komanda liderlərinin zədələri də təsir edib.

Bu mövsüm “Çikaqo Buls”un oyununda sabitlik yoxdur. Çox güman ki, komanda yenə də pley-offdan kənarda qalacaq. Bununla belə, komanda keçirdiyi son 10 görüşdən 7-də qələbə qazanıb və Vayt bu uğurların əsas yaradıcılarından sayılır.

 4. Alperen Şengün (Hyuston)

blank

2022/2023 mövsümünün statistikası: 14,8 xal, 9,0 ribaund, 3,9 asist.

2023/2024 mövsümünün statistikası: 19,7 xal, 8,9 ribaund, 5,2 asist.

Türk basketbolçu MBA-da üçüncü mövsümünü yaşayır. Bundan əvvəl o, vətənində “Beşiktaş”da çıxış edib. 2021-ci ildə Oklahoma tərəfindən draftda seçilən mərkəz oyunçusu “Hyuston Rokets”ə dəyişdirilib.

Komandanın o zamankı baş məşqçisi Stiven Silas debütanta ilk mövsümdə 20 dəqiqə oynamaq imkanı verdi.  Bu müddət ərzində o, orta hesabla 10 xal, 6 ribaund və 3 asist edirdi. Yaddan çıxarmaq olmaz ki, komanda Ceyms Hardensiz ilk mövsümünü yaşadığından hər şeyə yenidən başlamağa alışmalı idi.

Şengün Kristian Vudun əvəzedicisi idi. Legionerlik təcrübəsi olmayan bir oyunçu üçün o, normal görünürdü. 2022/2023 mövsümündə, Vud komandadan ayrıldıqdan sonra türk basketbolçu “Rokets”in əsas mərkəz oyunçusuna çevrildi və statistik göstəricilərini yaxşılaşdırdı. Buna baxmayaraq, komanda turnir cədvəlinin sonuncu pilləsində qalmaqda davam edirdi və Texas klubunun rəhbərliyi məşqçini dəyişməli oldu. Stiven Silası İme Udoka əvəz etdi.

Hazırda komandada Şengün əsas personajlardan biridir. Onu ikinci Yokiç adlandırırlar.

3. Skotti Barns (Toronto)

blank

2022/2023 mövsümünün statistikası: 15,3 xal, 6,6 ribaund, 4,8 asist.

2023/2024 mövsümünün statistikası: 20,6 xal, 9,2 ribaund, 5,7 asist.

Bu çempionat forvardın MBA-dakı üçüncü mövsümüdür. Fred Vanflit getdikdən sonra o, Paskal Siakamdan sonra “Reptors”un ikinci ulduzuna çevrilib. Bəzi ekspertlər hətta onun əsas sima olduğuna inanırlar. Əslində, Barns draftda seçildikdə çoxları bunu anlamırdı. Belə ki, onun Siakam və Anunobi ilə anlaşacağına inam az idi.

Bununla belə, o zamankı kanadalı məşqçi Nik Nurs Barns üçün uyğun mövqe tapa bildi və debütant fürsətdən məharətlə istifadə etdi. İlk mövsümündə o, draftın bir nömrəsi Ceyd Kanningem, eləcə də Caylen Qrin və Evan Moblini geridə qoyaraq, ilin ən yaxşı debütantı seçildi.

İri qabaritlərinə baxmayaraq, Skotti topla əla rəftar edir, ayaq hərəkəti və sürəti qaydasındadır. Rəqiblər onun yerində dönüşünün qarşısını almaqda çətinlik çəkirlər.

2. Tayriz Maksi (Filadelfiya)

blank

2022/2023 mövsümünün statistikası: 20,3 xal, 2,9 ribaund, 3,5 asist.

2023/2024 mövsümünün statistikası: 20,6 xal, 3,8 ribaund, 6,7 asist.

“Siksers”in əsas müdafiəçi mövqeyi mövsümlərarası fasilədə boş qaldı. Bunun da səbəbi ulduz basketbolçu Ceyms Hardenin oynamaq istəməməsi idi. Bu yay komandaya gənclərlə səmərəli işləməyi bacaran Nik Nurs gəldi, onun gəlişi Tayriz üçün göydəndüşmə oldu.

Maksi şansını əldən vermədi. İndiana ilə görüşdə o, 50 xal toplamaqla karyera rekordunu yenilədi. Daha yeddi görüşdə isə 30-dan çox xal toplayıb. Komandanın əsas ulduzu Joel Embiid də hər şeydən razıdır. Belə meqaulduzun yanında ehtiyatı təmin edə biləcək müdafiəçi var.

Maksi çox keyfiyyətli ilk addıma, əla meydança görmə qabiliyyətinə və topla hərəkətə malikdir. Onun snayper keyfiyyətlərini də unutmamalıyıq. Bunun sayəsində basketbolçu hər oyunda orta hesabla ən azı 4 dəfə üçxallıq atışı dəqiq  yerinə yetirir. Böyük ehtimalla , 2024-cü ildə o, karyerasında ilk dəfə “Ulduzlar Oyunu”nda olacaq.

1. Tayriz Halibörton (İndiana)

blank

2022/2023 mövsümünün statistikası: 20,7 xal, 3,7 ribaund, 10,4 asist.

2023/2024 mövsümündə statistika: 24,3 xal, 4,0 ribaund, 12,0 asist.

Hazırda mövsümün əsas kəşfi təbii ki, Tayriz Halibörtondur. Onun nə qədər böyük oyunçu olduğu son iki mövsümdən bilinirdi. Lakin inkişafın həddi olmadığını Tayriz bu mövsüm sübut edir. Bəziləri artıq onu Mecik Conson və Stiv Körrinin hibridi adlandırır.

Digər mühüm amil komandanın özünün nəticələrinin yaxşılaşmasıdır. Bu, Halibörtonun inkişafını daha da dəyərli edir. “Sakramento Kinqs”dən sonra o özünə rahat mühit tapıb. Sürəti, oyun baxışı və qərar vermə qabiliyyəti heyrətamizdir.

İLQAR AĞAYEV

Reklam
Şərh et

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Reklam


blank
Digər idman növləri2024-04-21 08:20

Azərbaycan paraüzgüçüləri üçün Madeyra sınağı

blank
Ölkə futbolu2024-04-21 08:00

Andersonun şdediyi kimi…

blank
Dünya futbolu2024-04-21 03:30

“Jirona”dan darmadağın

blank
Dünya futbolu2024-04-21 03:00

“Napoli” səfərdən xalsız döndü

blank
Dünya futbolu2024-04-21 02:41

“Nant” evdə darmadağına üzüldü

blank
Dünya futbolu2024-04-21 02:22

“Arsenal”dan inamlı qələbə

blank
Ölkə futbolu2024-04-21 02:00

“Bayern”dən darmadağın

blank
Dünya futbolu2024-04-21 01:42

“Mançester Siti” “Çelsi”yə qalib gəldi, finala yüksəldi

blank
Dünya futbolu2024-04-21 01:21

Sahruddinin komandası xal itirdi, “Trabzonspor” qalib gəldi

blank
Digər idman növləri2024-04-21 01:00

Azərbaycan komandası Bakıdakı turnirdə 3-cü oldu

blank
Digər idman növləri2024-04-21 00:30

Azərbaycanın iki boksçusu AÇ-də mərhələ adladı

blank
Premyer-liqa2024-04-20 23:19

“Sonradan girənlər oyuna yaxşı qoşulanda adamın ürəyi açılır” – Rəşad Sadıqov

blank
Premyer-liqa2024-04-20 22:54

“Bu, gözlənilməz oldu” – Miodraq Bojoviç

blank
Premyer-liqa2024-04-20 21:35

“Neftçi” “Zirə”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2024-04-20 21:00

“Qarabağ”la “Qəbələ”dən heç-heçə – VİDEO

blank
Premyer-liqa2024-04-20 20:55

“Zirə” “Neftçi”yə qalib gəldi

blank
Əvəzedicilər2024-04-20 19:53

“Sumqayıt”ın əvəzedicilərindən darmadağın

blank
Premyer-liqa2024-04-20 19:35

“Daha dinamik oyun olmasını istərdim” – Qurban Qurbanov

blank
Premyer-liqa2024-04-20 19:00

“Bizi “Kəpəz”lə ilin oyunu gözləyir” – Sxadadze

blank
Digər idman növləri2024-04-20 18:43

Azərbaycan Kubokunun qalibi müəyyənləşdi

blank
Premyer-liqa2024-04-20 18:28

“Qarabağ”la “Qəbələ”dən məhsuldar heç-heçə

blank
Digər idman növləri2024-04-20 18:00

“Neftçi” bürünc medal qazandı

blank
Dünya futbolu2024-04-20 17:31

“Beşiktaş” millimizdə oynamış futbolçu ilə yollarını ayırdı

blank
Dünya futbolu2024-04-20 17:00

Niderland klubunun 18 xalı silindi

blank
Ölkə futbolu2024-04-20 16:18

Təbriz klubu yenə uduzdu

blank
Digər idman növləri2024-04-20 16:00

Pekin marafonunda qalmaqal: medallar geri alındı

blank
Digər idman növləri2024-04-20 15:38

Kanada millisinin dünya çempionatı üçün heyəti güclənir

blank
Dünya futbolu2024-04-20 15:19

“Mançester Yunayted”də yeni təyinat

blank
Digər idman növləri2024-04-20 15:00

Azərbaycan çempionatında yarımfinalçılar müəyyənləşdi

blank
Digər idman növləri2024-04-20 14:39

MBA-da mükafat fondu artırıldı

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm