Premyer-liqa
“Ən zəif oyunumuzu keçirdik” – Azər Bağırov
Azərbaycan Premyer Liqasının 21-ci turu çərçivəsində bu gün keçirilən “Kəpəz” – “Araz-Naxçıvan” oyunsonrası mətbuat konfransında qonaqların baş məşqçisi Azər Bağırov fikirlərini paylaşıb.
Futbolinfo.az xəbər verir ki, o, 1:3 hesablı məğlubiyyəti belə şərh edib:
“Rəqibi təbrik edirik. Bugünkü oyun göstərdi ki, böyük ölçüdə dəyişikliklər etmədikdə həm kubok, həm də çempionat matçında mübarizə aparmaq çətin olur. Çünki 4 gün əvvəl oynadıq, ardınca bu gün meydana cıxdıq. Belədə uşaqlar həm performansını, həm də oyunlarını itirirlər. Ümumilikdə oyunla bağlı çox şey danışmaq istəmirəm. İki standart vəziyyətdən qol buraxdıq, özümüz isə epizodlarımızı qola çevirə bilmədik. Heyfslənirik ki, bu qədər qol epizodu yaradırıq, amma reallaşdıra bilmirik. Əsas problem budur.
İlk 20 dəqiqə istisna olmaqla yorğunluq nəticəsində mövsümdə ən zəif oyunumuzu keçirdik”.
- Ölkə futbolu2024-04-16 13:19
AFFA-da fırtınaqabağı sakitlik: maliyyə yoxlaması davam edir
- Ölkə futbolu2024-04-17 10:49
12 komandalı çempionat: necə etməli?
- Ölkə futbolu2024-04-16 09:10
Lunyov “Qarabağ”dan ayrıla bilər
- Ölkə futbolu2024-04-17 09:23
Mirzov “Neftçi”dən ayrılır: Premyer Liqadan təklifləri var