Digər idman növləri
Entoninin gəlişi komandasına yardım etmədi
Milli Basketbol Assosasiyasında bu gecə 3 oyun keçirilib. Gecənin ən məhsuldar oyunçusu Ceylon Branson olub. O, “Boston Seltiks”lə oyunda 34 xal toplayıb.
Bu hadisəni “Nyu-York Niks” komandasının tarixinin ən güclü oyunçularından olan Karmelo Entoni də əyanı şəkildə izləyib. Lakin təəssüf ki, onun gözləri qarşısında komandası məğlubiyyətlə barışmalı olub – 102:116. Bu qələbə ilə bostonlular liderliklərini bir qədər də möhkəmləndiriblər. Onların heyətində Ceylon Braun 30 xal toplayıb.
Detroytda keçirilən qarşılaşma isə gəgin alınıb. “Orlando Mecik” son saniyələrdəki hücumla qələbəni təmin edə bilib – 112:109. Qələbə atışının müəllifi Paolo Bankero olub.
Gecənin digər oyunu Minnesotada baş tutub. Bir gün əvvəl vahid liderliyi əldən verən “Timbervulvz” evdə qələbə qazanıb. Bruklin komandası ilə qarşılaşma onlar üçün çətin alınmayıb. Edvards görüşü 29 xalla tamamlayıb. Tauns ondan cəmi 1 xal az toplayıb.