Digər idman növləri
Ergin Ataman həmyerlilərini hörmətsizlikdə günahlandırdı
“Panatinaikos” komandasının baş məşqçisi Ergin Ataman Türkiyə və Yunanıstanın idman mədəniyyətini müqayisə edib.
“Yunanıstana gəldikdə insanlar məni məhəbbətlə qarşıladılar. Onlar məni Türkiyədən gələn bir xilaskar kimi gördülər. Peşəkarlıqdan əlavə, Türkiyədə maraq və hörmət çatışmazlığı var. İki dəfə Avroliqa qalibi olursan, ancaq insanlar sənə hörmət etmirlər. Bir və ya iki oyun uduzan kimi dərhal mətbuat və azarkeşlər səni tənqid atəşinə tutur.
Yunanıstanda isə tamamilə fərqlidir. Onlar bilirlər ki, məşqçiləri 2 və ya 3 dəfə Avroliqanı qazanıb. Hər şeylə maraqlanırlar. Gələn kimi işlərimiz yaxşı getməyə başladı. Çoxları bunu gözləmirdi. Çünki 10 yeni oyunçu gəlmişdi. Keçən il komanda sonuncu yerdə idi, indi isə liderlər qrupundadır”, – deyə Ataman müsahibəsində qeyd edib.