Digər idman növləri
Ergin Ataman keçmiş komandasını əliboş yola saldı
Basketbol üzrə Avroliqa turnirində 20-ci tura start verilib. Bu tur liqanın iki ən uğurlu mütəxəssisinin keçmiş komandalarına qarşı oyunu ilə yadda qalıb.
Uzun illər “Fənərbağça”nı çalışdıran Jelko Obradoviç hazırda rəhbərlik etdiyi “Partizan”la İstanbula gəlib. İlk periodda qonaqların üstünlüyü bir müddət 17 xala çatıb. Lakin ikinci perioddan başlayaraq meydan sahibləri üstünlüyü ələ almağa başlayıblar. Nəticədə “Fənərbağça” “Monako”dan sra “Partizan”ı da evdə darmadağın edib. 91:76. Görüşün ən məhsuldar basketbolçusu 24 xal toplayan Dorsi olub. Sestinanın 3 xallıq atışları da qələbədə mühüm rol oynayıb. O, karyerasında n məhsuldar görüşünü keçirib (14 xal).
İstanbulun digər komandası “Anadolu Efes” isə Ergin Atamanın rəhbərlik etdiyi “Panatinaikos”un qonağı olub. Yunanıstan təmsilçisi ciddi çətinlik çəkmədən qələbə qazanıb. 83:76.
“Milan” evdə “Alba”nı məğlub edib. 82:76. Madridin “Real” komandası səfərdə “Bavariya”ya qaəlib gələrək liderliyini bir qədər də möhkəmləndirib. Digər ispan komandaları isə uğursuz oynayıb. “Valensiya” evdə “Jalgiris”ə, “Baskoniya” isə səfərdə “Monako”ya məğlub olub.