Bizi izləyin

Müsahibə

“Əsas məqsədimiz Premyer Liqadakı yerimizi qorumaqdır” – İlqar Nadiri

blank
blank

“Kəpəz” PFK İB-nin İdarə Heyətinin sədri İlqar Nadiri klub saytına müsahibə verib.

Futbolinfo.az həmin müsahibəni təqdim edir.

– İlqar müəllim, komandanın çempionatın ikinci hissəsinə hazırlığı ilə bağlı nə deyə bilərsiz?
– “Kəpəz” toplanışı Gəncədə keçdi. Bazamızda komandanın istər çempionat oyunları, istərsə də dövrələrarası müddətdə hazırlığı üçün hər cür şərait var. Təbii ki, yoxlama oyunları üçün Türkiyəyə yollanmaq istərdik. Amma büdcəmiz məhdud olduğu üçün gedə bilmədik. Bununla belə Gəncədə komanda üçün müvafiq imkanlar yaradıldı. Futbolçular məşqçilər korpusunun hazırladığı proqrama uyğun olaraq hazırlaşa bildilər. Düşünürəm ki, oyunçularımız yaxşı formada çalışdılar və çempionata hazırdılar.

– Oyunlarımız yenidən Qəbələdə olacaq. Bu, əlavə çətinliklər yaratmır?
– Əslində biz ev oyunlarımızı səfərdə keçirmək istəməzdik. Mövsümün əvvəlində bu, heç nəzərdə tutulmamışdı. Amma mövcud vəziyyət bunu tələb edir. Çox xoş hal oldu ki, cənab Prezident İlham Əliyev Gəncə şəhər stadionunun yenidən qurulması ilə bağlı tədbirlər haqqında Sərəncam verdi. Çoxminli azarkeşlərimiz adından dövlət başçısına təşəkkür edirik. Bu, Gəncəmiz, klubumuz üçün stimuldur. Arenanın istismar müddəti başa çatmışdı və yararsız hala düşmüşdü. İdman qurğusu tikilib istifadəyə verildikdən sonra komandamız azarkeşlərin önünə müasir, yeni stadionda çıxacaq. Bu müddət ərzində “Kəpəz” başqa yerlərdə oynamaq məcburiyyətindədir. Ona görə də tərəfimizdən ətraf şəhər və rayonlarda PFL-in tələblərinə cavab verən stadionlara baxış keçirildi. Çalışdıq ki, seçimimiz ilk növbədə Gəncəyə yaxın yer olsun. Çünki azarkeşlərimiz gəlib oyunlara baxa bilsinlər. Yol həm bizim, həm də onlar üçün uzaq olmasın. Hər turu səfərdə oynamaq digər problemlərlə yanaşı, yorğunluq da yaradır. İlk olaraq Tovuza üstünlük verdik, amma bildiyiniz kimi təbii fəlakətlə bağlı orada problem yarandı. Bu səbəbdən bir neçə oyunumuzu Qəbələdə keçirəcəyik. Tovuz stadionu bizi qəbul etməyə hazır olsa, bizim üçün daha əlverişli olar. Fürsətdən istifadə edib hər iki klub rəhbərliyinə isti qarşılanmaya görə minnətdarlığımı bildirirəm.

– Stadionun da inşası ilə klubun daha bir problemi öz həllini tapacaq.
– Əlbəttə, söküntü işləri olduqca sürətlə aparılıb və yekunlaşıb. İnşaat işlərinin nə vaxt başlayacağı ilə bağlı məlumat bizdə yoxdur. Çünki qurğu Gənclər və İdman Nazirliyinin balansındadır. Stadionun tez bir zamanda tikilərək istifadəyə verilməsini gözləyirik.

– Komandanın qarşıya qoyulan vəzifələri yerinə yetirəcəyinə inanırsız?
– “Kəpəz” ikinci mövsümdür Premyer Liqada iştirak edir. Ötən mövsüm də buna bənzər oldu. Sadəcə, ötən çempionatdan fərqli olaraq bu il yarış daha rəqabətli, gərgin keçir. İdman prinsipləri qorunduğu üçün klublar daha hazırlıqlıdırlar və özlərini sığortalamağa çalışırlar. Elə biz də çalışırıq ki, sonuncu yeri tutub elitanı tərk etməyək. Bunun üçün də nə lazımdırsa, artıqlaması ilə edilib. Heyətimizə sonradan cəlb olunan futbolçular oldu ki, bu transferlər bizim büdcəmizə uyğun deyildi. Həmin oyunçulara ehtiyac vardı, ona görə risk etdik. Hamımız bir kollektiv olaraq mübarizə aparırıq, inanırıq ki, sonda istəyimizə çatacağıq. Başlıca məqsədimiz Premyer Liqada yerimizi qoruyub saxlamaqdır.

– Gəncə Futbol Akademiyası açılışa hazırdır. Sizcə, bu akademiya Gəncə futboluna nə verəcək?
– Bəli, akademiya hazırdır. Sadəcə, açılış və təqdimat mərasimləri qalır. Akademiyanın Gəncə futboluna verəcəyi fayda çoxdur. Düzgün iş qurulmalı, strategiya müəyyənləşdirilməli, vəsait xərclənməlidir. Regionda olan istedadlı futbolçuları bura cəlb etmək lazımdır. Klub olaraq onları himayəyə götürməliyik. Uşaqların məşqləri, təhsili, qidalanması nəzarətdə saxlanılmalıdır. Bundan sonra bir neçə ilə əvvəlki vaxtlarda olduğu kimi Gəncə futbolu milliyə layiqli futbolçular yetişdirə bilər. Akademiyanın şəraiti peşəkar fəaliyyət üçün böyük imkanlar yaradır. Arzulanan məşq meydanları, bir sözlə, hər cür şərait var.   

– Sponsorla bağlı məsələ nə yerdədir?
– Ölkədə bir çox şirkətlər, sahibkarlar, Gəncədən olan iş adamları ilə görüşüb danışmışıq. Görüşmədiyimiz, danışmadığımız adamların sayı azalıb. Sponsor məsələsi hələlik açıq olaraq qalır. Ümumiyyətlə, Azərbaycanda futbola sponsor tapmaq elə də asan iş deyil. Elə başa düşürəm ki, digər klublar üçün də belədir. Klubun bir və ya bir neçə sponsorunun olması prioritet məsələdir. Bu gün “Kəpəz” çempionatda sponsorsuz mübarizə aparır. İndi tələblərin artdığı bir çempionatda bu, olduqca çətindir, mümkünsüzə bərabərdir. Bu ildən vergi ilə bağlı əlavə öhdəlik yaranıb. Vergilərlə bağlı dəyişiklik klubun büdcəsinə böyük təsir edəcək. Biz ümid edirdik ki, akademiya və stadionla əlaqədar məsələlər həllini tapandan sonra kluba sponsorluq etmək istəyən tərəflər çox ola bilər. Çünki artıq Gəncədə müvafiq şəraitli klub olacaq, yatırım etmək istəyən sponsorların əlavə vəsait xərcləməsinə ehtiyac qalmayacaq. Baza var, akademiya istifadəyə hazırdır, stadion tikiləcək. Yəni infrastruktur hazırdır, vəsait yalnız idman tərəfinə xərclənəcək. Bu amillər nəticələrin əldə olunmasına kömək edəcək. Bu da sponsor üçün dəstək və üstünlük deməkdir. Amma çox təəssüflər olsun ki, belə imkanların qarşısında ortada razılaşma yoxdur. Hazırda bu məqam azarkeşləri də yaxından maraqlandırır. Gəncə futbolunun, “Kəpəz”in tarixi ənənəsi var və bu ənənəyə layiq komanda olmalıdır. Klubun futbolu sevən böyük azarkeş ordusu var. Onlar da güclü komanda görmək istəyirlər. Bunun üçün də klubun stabil, dayanıqlı maliyyə dəstəyinə ehtiyacı var. Amma artıq biz ikinci mövsümdür ki, sponsorsuz çıxış edirik. Əgər kimsə düşünürsə, klubu daha yaxşı yerlərə çıxarmağa töhvə verə, kömək edə bilər, biz həmin insanlarla da görüşməyə hazırıq. Adamlar var ki, fikirləşirlər kluba dəstəyi, köməyi dəyə bilər, onlara qapımız açıqdır. Klubun fəaliyyətində yaxından iştirak edə, rəhbərlikdə təmsil oluna bilər. Əsas məqsəd “Kəpəz”ə faydalı olmaqdır. Amma bu, dildə yox, əməldə olmalıdır.  

– Sosial şəbəkələrdə az qism insanlar tərəfindən əsas komandaya, şəxsən sizə və demək olar ki, kluba qarşı kampaniya aparılır. Bununla bağlı nə deyə bilərsiz?
– Şəxsən mənə qarşı bir neçə adam tərəfindən məqsədli şəkildə böhtan, şər atılır. Onların heç birinin əsası yoxdur. Əsassız şəkildə danışıb fikir formalaşdırmaq istəyirlər. Klubda hamı üzərinə düşən məsuliyyəti dərk edir və öz işini yerinə yetirir. Düzdü, iş olan yerdə müəyyən nöqsanlar da ola bilər. Amma bu o demək deyil ki, kimsə bilərəkdən klubun mənafeyinə zərbə vuracaq addım atır. Bu, tamamilə mümkünsüz haldır. Əksinə, klubun mənafeyinə xidmət etməyən insanlar indi kənardadırlar. Daxildə heç bir mənfi proseslər baş vermir. Kənarda qalanlar özlərini yenidən burada görmək məqsədilə klubun əməkdaşlarına, rəhbərliyinə qarşı böhtanlar atmağa çalışırlar. Bəlkə də normal haldır, o insanları hardasa başa düşmək olar. Kənarda qaldıqlarından belə edirlər. Amma onlar işlərini icra edə bilmədikləri, nöqsanlara yol verdikləri üçün klubdan kənarlaşdırılıblar. Əsassız olaraq heç kim işindən kənarlaşdırılmayıb. Hansı şəxs ki, bu gün sıralarımızda deyil, demək onun kluba verəcəyi fayda yoxdur. Bununla bağlı çox danışmaq istəmirəm. Əgər kiminsə əlində əsaslı, sübutlu bir şey varsa, rəsmi şəkildə müraciət edib, cavabını da ala bilər.

Reklam
Şərh et

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Reklam


blank
Ölkə futbolu2024-04-19 08:00

Juninyoya Niderlanddan da müştəri çıxdı

blank
Dünya futbolu2024-04-19 02:09

KL: “Fənərbaxça” mübarizəni dayandırdı

blank
Dünya futbolu2024-04-19 01:55

Avroliqada yarımfinalçılar bəlli oldu

blank
Digər idman növləri2024-04-18 21:30

Azərbaycan cüdoçuları Avropa Kuboku turnirində iştirak edəcək

blank
Digər idman növləri2024-04-18 21:15

Azərbaycan boksçusu Avropa çempionatına qələbə ilə başladı

blank
Digər idman növləri2024-04-18 21:00

Azərbaycan çempionatında növbəti finalçı bəlli oldu

blank
Digər idman növləri2024-04-18 20:01

Azərbaycanlı hakim Paralimpiadanın cüdo yarışlarına dəvət aldı

blank
Dünya futbolu2024-04-18 19:43

Dibala da “Barselona”nın hədəfindədir

blank
Dünya futbolu2024-04-18 19:24

“Atletiko” 4 vidaya hazırlaşır

blank
Digər idman növləri2024-04-18 19:05

Azərbaycan çempionatında ikinci finalçı bəlli oldu

blank
Ölkə futbolu2024-04-18 18:50

“Qusar”dan darmadağın

blank
I Liqa2024-04-18 18:33

Liderdən növbəti qələbə

blank
Milli komanda2024-04-18 18:16

Millimizin heyətində dəyişiklik edildi

blank
Digər idman növləri2024-04-18 18:00

Azərbaycan şahmatçıları AÇ-də iştirak edəcəklər

blank
Dünya futbolu2024-04-18 17:45

“Roma” baş məşqçi ilə bağlı qərar verdi – RƏSMİ

blank
Digər idman növləri2024-04-18 17:31

Tanınmış şahmatçının qızı Azərbaycan çempionu oldu

blank
Dünya futbolu2024-04-18 17:17

İngiltərə kubokunun qaydaları dəyişdi

blank
Digər idman növləri2024-04-18 17:00

Şahmat Federasiyası yeni loqonun hazırlanması ilə bağlı müsabiqə elan etdi

blank
Dünya futbolu2024-04-18 16:42

“Arsenal” və “Liverpul”un eyni hədəfi

blank
Dünya futbolu2024-04-18 16:27

Van de Bek Almaniyada qalmayacaq

blank
Müsahibə2024-04-18 16:10

“Sxadadze gələndən sonra “Qəbələ”nin çempionatda qalmaq şansı artmadı”

blank
Digər idman növləri2024-04-18 15:52

Ferstappen planetin 100 ən güclü insanı arasında

blank
Digər idman növləri2024-04-18 15:35

MBA-da qaydalarda dəyişiklik edilir

blank
Digər idman növləri2024-04-18 15:18

“Neftçi” ilə oyunda basketbol bəxti üzümüzə gülmədi”

blank
Ölkə futbolu2024-04-18 15:00

Qadın məşqçilərə diplomlar təqdim edildi

blank
Dünya futbolu2024-04-18 14:44

“Latsio” onunla müqaviləni yenilədi

blank
Digər idman növləri2024-04-18 14:31

Millimizin kapitanı Macarıstan çempionu oldu

blank
Digər idman növləri2024-04-18 14:18

Abasov bu gün hindistanlı şahmatçı ilə üz-üzə gələcək

blank
Müsahibə2024-04-18 14:04

Pusinin xarakter göstərmək zamanı: “Tanrı mənə kömək etdi”

blank
Ölkə futbolu2024-04-18 13:47

İki futbolçuya 4 oyunluq cəza, iki komandaya texniki məğlubiyyət verildi

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm