Bizi izləyin

Müsahibə

“Estonlar üzərindəki qələbəyə görə bayram etməli deyilik”

blank
blank

Azərbaycan millisinin sabiq müdafiəçisi Saşa Yunisoğlunun futbolinfo.az saytına müsahibəsi

– Söhbətə yığma komandanın Avro-2024-ün seçmə mərhələsində Estoniya və Avstriyaya qarşı keçirdiyi oyunlardan başlayaq. Estonlara səfərdə qalib gəlsək (2:0) də, öz meydanımızda Avstriya ilə bacarmadıq (0:1). Avstriya ilə görüşdə də uğurlu nəticə əldə etmək üçün nə çatmadı?

– Açığı, millimizin qələbəsini nə qədər çox istəsək də, arzulasaq da, komandamızın qrupdakı oyunları Avstriya ilə matçöncəsi yaxşı nəticəyə ümid vermirdi. Düzdür, səfərdə Estoniyanı məğlub etdik və gözəl futbol oynadıq. Amma Estoniya qrupumuzdakı ən zəif komandadır. Onları da udmasaydıq, kimi udacaqdıq? Avstriya yığması Bakıya sırf nəticə dalınca gəlmişdi və vacib olan 3 xalı apardı. Biz isə yenə estonlar üzərində qələbəyə sevinirik. Əgər inkişafdan danışdığımız halda, yüksək yerlər üçün mübarizə aparmırıqsa, şəxsən mənim üçün axırdan 1-ci və ya 2-ci olmağın fərqi yoxdur. Çünki burada inkişafdan söhbət gedə bilməz. İnkişaf nəticə deməkdir.

– Millimiz gələn ay Bakıda İsveçi qəbul edəcək, ardınca Belçikanın qonağı olacaq. Bu görüşlərdən hansı nəticəni gözləyirsiniz? İsveçi məğlub edə və qrupda 3-cü yeri tuta bilərikmi?

– Yığmadan həmişə yaxşı nəticə gözləyirəm. Çünki bunu çox istəyirəm. Sonadək millimizi dəstəkləyəcəyəm. Başqa nəsə deyə bilmərəm.

– Əksər futbol mütəxəssisləri və azarkeşlər millinin baş məşqçisi Canni de Byazi ilə yolların ayrılmasını tələb edir. Onun yığmamızdakı fəaliyyətini necə dəyərləndirirsiniz? Milli komandamızı yerli məşqçiyə tapşırmaq daha doğru olmazmı?

– Təbii ki, de Byazinin qalıb-qalmamağına biz qərar vermirik. Amma subyektiv fikirlərim var. De Byazi vaxtdan, zamandan danışır. Düşünürəm ki, onun kifayət qədər vaxtı var idi. Baxın “Araz-Naxçıvan”a, Premyer Liqaya yeni çıxmasına və hazırlaşmaq üçün vaxtının olmamasına rəğmən, yeni heyətlə çempionatda fırtına yaradır. De Byazi deyir ki, gözəl futbol oynayırıq, inkişaf var. Axı oyun yaddan çıxır, tarixdə nəticə qalır. Nəticə yoxdursa, hansı inkişafdan danışmaq olar? De Byazi deyir ki, biz qələbələrə sevinə bilmirik. Mən isə estonlar üzərindəki qələbəyə görə bayram etməli olduğumuzu düşünmürəm. Əgər de Byazini Estoniyanı udmaq üçün gətiriblərsə, onda onun bu qədər sevinməyini başa düşürəm. Amma estonlara yerli məşqçi ilə də qalib gələ bilərdik.

– Çoxu millinin hazırkı heyətini son illərin ən güclüsü hesab edir. Fakt budur ki, hazırda legioner həyatı yaşayan futbolçularımızın sayı xeyli artıb. Sizin oynadığınız dövrdə isə xaricdə tək-tük həmyerlimiz çıxış edirdi və onlardan biri siz olmusunuz. Vaxtilə Polşada oynamış futbolçu kimi, hazırda legioner həyatı yaşayan milli üzvlərindən kimlərin daha da irəli getmək şansının olduğunu düşünürsünüz?

– Nə qədər çox azərbaycanlı ölkə xaricində oynasa, Azərbaycan futboluna və millisinə bir o qədər xeyirdir. Təbii ki, hamımız futbolçularımızın TOP çempionatlarda çıxış etməsini istəyirik. Amma bunun üçün zamana ehtiyac var. Yavaş-yavaş istədiyimiz kimi olacaq. Bizim vaxtımızda tək-tük legioner həyatı yaşayan futbolçularımız olsa da, Polşa, Türkiyə, Rusiya və Niderland kimi ölkələrin əsas liqalarında oynayırdılar. Hazırda xaricdə çıxış edən futbolçularımızdan Mahir, Renat və Ramili daha şanslı sayıram. Düşünürəm ki, onların daha güclü çempionatlarda oynamaq şansları var.

– Azərbaycan Premyer Liqası haqda da fikirlərinizi bilmək istərdik. Əksəriyyət cari mövsümün daha maraqlı və gərgin keçdiyini düşünür. Hansı komandalar sizi müsbət mənada təəccübləndirir?

– Həqiqətən də bu il çempionat çox maraqlı keçir. Turnir cədvəlinin yuxarı pillələrində yeni adları görürük. Məhz bu məqam Premyer Liqanı daha da maraqlı edir. Oyunlarda gərgin və əzmkar mübarizələrə şahidlik edirik. Məni yaxşı mənada təəccübləndirən iki komanda var: “Araz-Naxçıvan” və “Səbail”. “Araz-Naxçıvan”ı xüsusi vurğulayardım. Çünki Azər Bağırovun komandası çempionatın startına 3 həftə qalmış yığılıb. O qədər də çox büdcəsi olmayan komandadır, normal toplanış keçirməyib. Nəzərə alaq ki, komanda sıfırdan yığılanda yeni oyunçular bir-bir heyətə qoşulurlar. Bundan əlavə, “Araz-Naxçıvan” öz evindən uzaqda oynayır. Bütün bunlara baxmayaraq, hazırda turnir cədvəlində 4-cü yerdədir və hamı ilə layiqli mübarizə aparır. İndidən görünür ki, ilk “3-lük” uğrunda “Qarabağ”, “Zirə”, “Araz-Naxçıvan” və “Səbail” arasında maraqlı mübarizə gedəcək. Yüz faiz əminəm ki, “Sabah” da tezliklə bu 4 komandaya qoşularaq, çempionluq uğrunda mübarizə aparacaq.

– Hazırda Azərbaycan çempionatında çıxış edən müdafiəçilərdən kimlərin oyununu bəyənirsiniz?

– Düşünürəm ki, hazırda çempionatımızın ən yaxşı müdafiəçisi Kevin Medinadır. Çox ağıllı, soyuqqanlı və etibarlı oyunçudur, “Qarabağ”ın dirəyidir. Onunla yanaşı, Bəhlul Mustafazadəni qeyd etmək istəyirəm. Son vaxtlar yüksək sürətlə inkişaf edir. Medina ilə bir komandada çıxış etməsi Bəhlulun inkişafında böyük rol oynayır. Bir də “Araz-Naxçıvan”ın müdafiəçisi Abdulla Rzayevin adını çəkməliyəm. Çox perspektivli, gənc müdafiəçidir. Düşünürəm ki, yaxın gələcəkdə ölkəmizin əsas müdafiəçilərindən birinə çevriləcək.

AĞA

Reklam
Şərh et

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Reklam


blank
Premyer-liqa2024-04-27 08:00

Tura Masazırda start verilir

blank
Dünya futbolu2024-04-27 01:14

“Real”ı Arda sevindirdi

blank
Dünya futbolu2024-04-27 01:05

“Nant” səfərdə xal itirdi

blank
Dünya futbolu2024-04-27 00:56

“Frozinone”dən darmadağın

blank
Dünya futbolu2024-04-27 00:42

“Hoffenhaym” səfərdən xalsız qayıtdı

blank
Dünya futbolu2024-04-27 00:31

Təbriz klubu İran kubokunun 1/4 finalında

blank
Digər idman növləri2024-04-26 23:30

Şahruddin Məhəmmədəliyev “Qalatasaray”la oyunda 3 qola üzüldü

blank
Digər idman növləri2024-04-26 23:12

“Neftçi” müntəzəm mövsümü qələbə ilə yekunlaşdırdı

blank
Digər idman növləri2024-04-26 22:43

Azərbaycan çempionatına yekun vuruldu

blank
Dünya futbolu2024-04-26 21:32

Azarkeşlərin addımı Tuhelin qərarını dəyişməyəcək

blank
Digər idman növləri2024-04-26 21:01

“Audi” ilk pilotunun adını elan etdi

blank
Dünya futbolu2024-04-26 20:40

İspaniya futbolunun yeni rəhbəri bəlli oldu

blank
Digər idman növləri2024-04-26 20:21

Azərbaycan cüdoçusu Avropa çempionu oldu

blank
Dünya futbolu2024-04-26 20:00

Milandan Münhenə

blank
Premyer-liqa2024-04-26 19:41

“Sabah”dan “Səbail”lə matç üçün xüsusi aksiya – VİDEO

blank
Premyer-liqa2024-04-26 19:23

“Neftçi” – “Turan Tovuz” oyununun biletləri satışa çıxarılıb

blank
Dünya futbolu2024-04-26 19:05

Morata satıla bilər

blank
Digər idman növləri2024-04-26 18:47

Azərbaycan çempionatının bağlanış mərasimi keçirilib

blank
I Liqa2024-04-26 18:30

“Şamaxı”dan növbəti qələbə

blank
Digər idman növləri2024-04-26 18:11

Formulada xal sistemi sabit qaldı

blank
Milli komanda2024-04-26 17:54

Millimizin təlim-məşq toplanışı olacaq

blank
Müsahibə2024-04-26 17:39

Vidadi Rzayev “Araz-Naxçıvan”ın özünə gələcəyinə inanmır

blank
Digər idman növləri2024-04-26 17:22

Olimpiadanın püşkünün atılacağı gün məlum oldu

blank
Ölkə futbolu2024-04-26 17:05

Yüksək Liqada 20-ci turun oyun cədvəli müəyyənləşdi

blank
Digər2024-04-26 16:50

Azərbaycan Minifutbol Federasiyasında yeni təyinat

blank
Dünya futbolu2024-04-26 16:32

“Çelsi” onları satmaq istəyir

blank
Ölkə futbolu2024-04-26 16:15

Daha 3 komandaya texniki məğlubiyyət verildi

blank
Digər idman növləri2024-04-26 16:00

Finalın nominal meydan sahibi və başlama saatı bəlli oldu

blank
Dünya futbolu2024-04-26 15:42

Tuhel üçün 10 min imza

blank
Ölkə futbolu2024-04-26 15:27

Millimizin üzvü Macarıstanda bürünc medal qazandı

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm