Dünya futbolu
Etonun istefası qəbul olunmadı
“Barselona”nın keçmiş hücumçusu, hazırda Kamerun Futbol Federasiyasının prezidenti olan Samuel Eto vəzifəsini tərk etmək qərarına gəlib.
Futbolinfo.az federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, Eto Kamerun millisinin Afrika Millətlər Kubokunda çıxışının müzakirə olunduğu toplantıda istefa qərarını açıqlayıb.
Fikir mübadiləsi zamanı federasiyanın İcraiyyə Komitəsi bu qərarı qəbul etməyib. Onlar keçmiş hücumçuya tam etibar etdiklərini bildiriblər.
Eto 2021-ci ildən Kamerun Futbol Federasiyasının prezidentidir.
- Ölkə futbolu2024-04-16 13:19
AFFA-da fırtınaqabağı sakitlik: maliyyə yoxlaması davam edir
- Ölkə futbolu2024-04-17 10:49
12 komandalı çempionat: necə etməli?
- Ölkə futbolu2024-04-16 09:10
Lunyov “Qarabağ”dan ayrıla bilər
- Ölkə futbolu2024-04-17 09:23
Mirzov “Neftçi”dən ayrılır: Premyer Liqadan təklifləri var