Dünya futbolu
Fələstinə dəstək olan futbolçuya sərt cəza
Nitsa məhkəməsi “Nitsa”nın müdafiəçisi Yusuf Atalı cəzalandırıb.
Futbolinfo.az xəbər verir ki, buna əlcəzairli futbolçunun sosial şəbəkə hesabında Fələstinə dəstək verməsi səbəb olub.
27 yaşlı oyunçu 8 ay müddətinə şərti həbslə və 45 min avro cərimə ilə cəzalandırılıb. Bu cəza ona dini zəmində nifrəti aşılaması üçün verilib.
27 yaşlı futbolçu daha sonra paylaşımını silmiş və üzr istəmişdi.
Xatırladaq ki, ötən ilin oktyabrında Fransa Peşəkar Futbol Liqası futbolçunu etdiyi hərəkətə görə 7 oyunluq cəzalandırmışdı.