Digər idman növləri
“Fənərbağça” ilə uğursuz başladı
Basketbol üzrə Avroliqa turnirində ikinci dövrəyə start verilib.
Litvalı mütəxəssis Şarunas Yasikyaviçyusun gəlişindən sonra ardıcıl qələbələr qazanan “Fənərbağça” komandası ilə uğursuz başlayıb. Bu vaxta qədər evdə keçirdiyi bütün oyunlarda qalib gələn istanbullular seriyanı uzada bilməyiblər. Onlar doğma arenada “Srvena Zvezda”ya məğlub olublar – 76:85. Maraqlıdır ki, bu qələbə serblər üçün səfərdə birinci olub.
Serbiyanın digər komandası “Partizan” evdə autsayder “Villerban” üzərində qələbə qazanıb – 90:77. Qələbə sayəsində Belqrad komandası turnir cədvəlində mövqeyini bir qədər möhkəmləndirib. “Fənərbağça”nın istifadə edərək “Partizan” cədvəldə onları ötüb. “Olimpiakos” isə “Milan”ı məğlub etməklə qələbələrin sayına görə əzəli rəqibi “Panatinaikos”a çatıb. Lakin Ergin Atamanın komandası bu gün keçirəcəyi oyunla yenidən üstünlük əldə edə bilər.
Digər görüşlərdə “Makkabi” Monakonun komandasını, “Jalgiris” isə “Alba”nı məğlub edib.