Digər idman növləri
“Fənərbağça” “Real”a şans vermədi
Avroliqada 28-ci tura start verilib. Türkiyə komandaları üçün gün uğurlu alınıb.
“Anadolu Efes” evdə “Bayern”i məğlubiyyətə uğradıb – 109:86. Şey Larkin görüşü 28 xalla tamamlayıb. Bu qələbə ilə İstanbul təmsilçisi pley-in şanslarını davam etdirib.
Digər Türkiyə komandası “Fənərbağça” səfərdə “Real” üzərində qələbə qazanıb – 89:79. İstanbullular ilk hissəni əla keçiriblər. Fasilədən sonra çempionatın lideri nə qədər çalışsa da, hesabı öz xeyrinə dəyişə bilməyib. Naycel Heys-Devis dabl-dablla komandasının qələbəsində önəmli rol oynayıb.
İki ispan komandasının oyununda Barselona təmsilçisi qələbə qazanıb. 78:88 hesablı məğlubiyyət “Valensiya”nı pley-in zonasından kənarda qoyub. “Monako” “Srvena Zvezda”ya, “Makkabi” isə “Jalgiris”ə qalib gəlib.
Bu gün 4 oyunla Avroliqanın 28-ci turuna yekun vurulacaq.
- Premyer-liqa2024-04-14 20:55
“Qarabağ” “Sabah”a uduzdu
- Ölkə futbolu2024-04-13 08:35
Leandro Azərbaycan dilini öyrənib: “Qarabağ”da yaşadıqlarım mənim üçün gözəl hekayədir”
- Premyer-liqa2024-04-13 20:52
“Neftçi” “Araz-Naxçıvan”ı darmadağınla yola saldı
- Ölkə futbolu2024-04-14 08:00
“Turan Tovuz” avrokubok mübarizəsinə qayıtdı