Digər idman növləri
“Fənərbağça” şəxsi mübarizədə “Barselona”dan önə keçdi
Dünən baş tutan 4 oyunla basketbol üzrə Avroliqa turnirində 30-cu tur yekunlaşıb. Tur Türkiyə komandaları üçün uğurlu alınıb.
“Anadolu Efes”in ardından “Fənərbağça” da qələbə qazanıb. İstanbul təmsilçisi evdə “Barselona”nı 88:74 hesabı ilə məğlubiyyətə uğradıb. Bu qələbədən sonra komandalar arasında cəmi bir qələbəlik fərq var. Kataloniya paytaxtında 8 xallıq fərqlə məğlub olduğuna görə, şəxsi oyunlarda da “Fənərbağça” üstünlük əldə edib. Xalların sayı eyni olarsa, məhz Türkiyə komandası turnir cədvəlində yuxarı mövqeni tutacaq. Bunun da önəmi pley-offda ilk turda ev üstünlüyüdür.
“Fənərbağça” üçün digər sevindirici xəbər “Monako”nun evdə uduzması olub. Knyazlıq komandası gözlənilmədən “Milan”a məğlub olub – 80:98. Bunun da nəticəsində həm “Fənərbağça”, həm də “Panatinaikos” “Monakoya çatıb. Hazırda hər üç komandanın aktivində 19 qələbə var. Onlar “Barselona”dan biri qələbə geri qalırlar.
Yunanıstan komandası səfərdə “Srvena Zvezda”dan 76:89 hesabı ilə üstün olub. Valensiya isə “Bayern”ə qalib gəlib – 70:68.
Qeyd edək ki, 31-ci tura bu gün start veriləcək.