Digər idman növləri
“Fənərbağça”dan darmadağın
Basketbol üzrə Avroliqa turnirində 5 oyun baş tutub. Ən maraqlı nəticə İstanbulda qeydə alınıb. “Fənərbağça” komandası Avropada nadir hallarda rast gəlinən hesabla “Makkabi”ni məğlubiyyətə uğradıb – 109:74.
İstanbul təmislçisinin 2-ci periodda oyunu xüsusilə gözəl alınıb. Komanda bu hissəni 35:7 hesabı ilə başa vurub.
Digər maraqlı oyun Belqradda keçirilib. Serb derbisində “Srvena Zvezda” “Partizan” üzərində qələbə qazanıb. Bu məğlubiyyətdən sonra Jelko Obradoviçin komandası pley-off zonasından kənara çıxıb. “Srvena Zvezda” isə əksinə, turnir cədvəlində vəziyyətini yaxşılaşdıraraq pley-in şansını artırıb.
Austsayderlərin qarşılaşmasında “Villerban” “Jalgiris”dən üstün olub. Yunanıstanın “Olimpiakos” komandası isə “Monako”ya qalib gəlib.