Ölkə futbolu
“Fənərbağça”ya Juninyo təklifi
Türkiyənin “Fənərbağça” klubu hücumçu transferi ilə bağlı axtarışlarını davam etdirir.
Futbolinfo.az yerli mətbuata istinadən xəbər verir ki, İstanbul təmsilçisinə Azərbaycanda çıxış edən bir oyunçu təklif olunub. Belə ki, “sarı-lacivərdlilər”ə “Qarabağ”ın braziliyalı hücumçusu Olavio Juninyo məsləhət görülüb.
Türkiyə klubu “Neftçi”nin sabiq qolçusu Saldanyanı Serbiya “Partizan”ından almağı düşünür. Lakin seleksiyaçılar rəhbərliyə Juninyonun Saldanyadan daha keyfiyyətli hücumçu olduğunu və Türkiyə çempionatına daha tez uyğunlaşacağını bildirib.
Qeyd edək ki, Olavio Juninyo bu mövsüm Premyer Liqada 14 qol vurub.
- Ölkə futbolu2024-04-16 13:19
AFFA-da fırtınaqabağı sakitlik: maliyyə yoxlaması davam edir
- Ölkə futbolu2024-04-17 10:49
12 komandalı çempionat: necə etməli?
- Ölkə futbolu2024-04-16 09:10
Lunyov “Qarabağ”dan ayrıla bilər
- Ölkə futbolu2024-04-17 09:23
Mirzov “Neftçi”dən ayrılır: Premyer Liqadan təklifləri var