Dünya futbolu
“Fənərbaxça”da ciddi itki
Türkiyənin “Fənərbaxça” klubu ciddi itkiylə üzləşib.
Futbolinfo.az xəbər verir ki, “bülbüllər”in futbolçusu Mehmet Ekici zədələnib.
Bu barədə İstanbul klubunun rəsmi saytı məlumat yayıb. Türkiyə Super Liqasının 29-cu turunun “Yeni Malatyaspor”la matçında (3:2) zədələnən 30 yaşlı yarımmüdafiəçinin 3-4 həftə yaşıl meydanlardan uzaq qalacağı bildirilib. O, aldığı zədə səbəbindən matçın 76-cı dəqiqəsində əvəzlənmək məcburiyyətində qalmışdı.