Milli komanda
“Fərqli oyun göstərərək qalib gəlmək istəyirdik” – De Byazi
Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi UEFA Millətlər Liqasının qrup mərhələsinin 3-cü turu çərçivəsində Monteneqroya qarşı keçirilən səfər oyununu şərh edib.
Futbolinfo.az xəbər verir ki, italyan mütəxəssis 0:2 hesabıyla uduzduqları oyundan sonra təşkil olunmuş mətbuat konfransında bunları söyləyib:
“Fərqli oyun göstərərək qalib gəlmək istəyirdik. İlk dəqiqələrdən künc zərbəsindən qapımızdan qol buraxdıq. Monteneqro millisinin qol vurmaq üçün az şansı oldu və yaratdıqları imkandan maksimum istifadə etdi. İlk hissədə daha aşağı tempdə oynadıq. Ayıq başla buraxdığımız səhvləri analiz edəcəyik.
Maksimin zədəsinin nə dərəcədə ciddi olub-olmadığı bilinmir. Komandamızın kapitanı və vacib oyunçularındandır. Meydanda olduğu müddətdə yaxşı oyun nümayiş etdirdi”.
- Ölkə futbolu2024-04-30 09:15
“Qarabağ” Avropada 2-ci yeri bölüşdürür
- Ölkə futbolu2024-04-29 08:00
Avrokuboka vəsiqə üçün vacib qələbələr: Sumqayıtda hakimlər də iş başında idi
- Ölkə futbolu2024-04-29 09:25
“Nitsa” Benzianı istəyir
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib