Ölkə futbolu
Fəyyaz Uçar: “Ola bilər ki, Juninyo baş məşqçimizin diqqətini cəlb edib”
“Beşiktaş”ın İdarə Heyətinin üzvü Feyyaz Uçar komandasının “Qarabağ”ın hücumçusu Olavio Juninyo ilə maraqlanması ilə bağlı xəbərlərə münasibət bildirib.
Futbolinfo.az-a açıqlamasında o, braziliyalı forvardın adının siyahıda yer almadığını deyib: “Yaxın günlərdə İdarə Heyəti və baş məşqçisi arasında toplantı olacaq. Orada qarşıdakı transfer dönəmi və siyahıda yer alan futbolçular barədə müzakirələr aparılacaq. Hazırda klub rəhbərliyinin siyahısında Olavio Juninyonun adı yoxdur. Ola bilər ki, baş məşqçi Fernandu Santuşun diqqətini cəlb edib, o, bu futbolçunu heyətə qatmaqda maraqlıdır. Onun da siyahısı ilə tanış olacağıq”.
Qeyd edək ki, ötən gün Türkiyə mətbuatı “Beşiktaş”ın Olavio Juninyo ilə maraqlandığını yazmışdı.
- Ölkə futbolu2024-04-13 08:35
Leandro Azərbaycan dilini öyrənib: “Qarabağ”da yaşadıqlarım mənim üçün gözəl hekayədir”
- Premyer-liqa2024-04-13 20:52
“Neftçi” “Araz-Naxçıvan”ı darmadağınla yola saldı
- Milli komanda2024-04-12 18:00
Millinin Gürcüstanla oyunlar üçün heyəti açıqlandı
- Ölkə futbolu2024-04-14 08:00
“Turan Tovuz” avrokubok mübarizəsinə qayıtdı