Digər idman növləri
F1. “Red Bull” heyətdə dəyişiklik etmək istəyir
Helmut Marko Daniel Rikkardonun yenidən komandanın əsas sürücüsü ola biləcəyinə eyham vurub. Onun sözlərinə görə, rəhbərlik qarşıdakı testlərdə avstraliyalı pilotun nəyə qadir olduğuna diqqət yetirəcəklər.
Qeyd edək ki, Silverstounda təkərləri təhlil edəcək testlər baş tutacaq. Həmin test yürüşlərində “Red Bull” maşınının sükanı arxasına Daniel Rikardo əyləşəcək.
Avstraliyalı pilot hazırda komandanın ehtiyat sürücüsüdür. Komandanın meksikalı pilotu Serxio Peresin isə son vaxtlar nəticələri ürəkaçan deyil. Son 3 yarışda o , təsnifatda final sessiyasına yüksələ bilməyib və yarışlarda uğurlu nəticələr qazana bilməyib. Bu səbəbdən də Maks Ferstappenlə arasındakı fərq 69 xala qalxıb.
“Serxio komandaya gəlməzdən əvvəl planlaşdırıldığından daha artıq çıxış edir. Biz onu kiminlə əvəz edə biləcəyimiz haqda düşünməli və bütün variantları nəzərdən keçirməliyik”, – deyə 80 yaşlı Marko Peres haqqında söyləyib.
- Milli komanda2024-05-08 12:17
Millimizin gələcək baş məşqçisi Bakıya gəlir
- Milli komanda2024-05-06 15:32
Millimizin yoldaşlıq oyununda daha bir rəqibi müəyyənləşdi
- Digər idman növləri2024-05-06 17:45
AVF rəhbərliyi Antalyada milli üzvləri ilə görüşdü
- Milli komanda2024-05-07 14:20
Kunts – AFFA-nın, yoxsa Nəsirovun namizədi?