Dünya futbolu
Fabreqasın yeni klubu bəlli oldu
Fransanın “Monako” klubundan ayrılan Sesk Fabreqasın yeni iş yeri müəyyənləşib.
Futbolinfo.az xəbər verir ki, 35 yaşlı futbolçu bundan sonra İtaliyanın B Seriyasında mübarizə aparan “Komo”da forma geyinəcək.
Bu barədə ispaniyalı oyunçunun yeni klubu məlumat yayıb. Tərəflər 2 illik müqaviləyə imza atıblar. O, yeni komandasında 4 nömrəli formanı geyinəcək.
Fabreqas 2019-cu ilin yanvarından “Monako”da çıxış edirdi. O, əvvəllər “Arsenal”, “Barselona” və “Çelsi” kimi nəhəng klublarda çıxış edib. İspaniya yığmasında 110 oyun keçirmiş Sesk, 115 qola imza atıb.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Milli komanda2024-04-22 13:46
Fişer: “AFFA-dan təklif almamışam”
- Ölkə futbolu2024-04-23 08:00
“Səbail” “Sabah”a uduzsa…